Şriftin ölçüsü :

Saytın rəngi :

Dağılmaz Azərbaycan!

02 oktyabr 2020 | 11:00

Dağıldı uşaqlıqda qurduğum evcik,
İçində xəyallar bir də gəlincik,
Uşaqlıq dünyamdan mən qaldım incik,
Daha bu dünyam dağılan deyil...

Gözyaşlarım axdı oldu bir dəniz,
Soldu qəm, kədərdən gülərüz bəniz
Bir dünya qurdum ki, tənha kimsəsiz,
Daha bu dünyam dağılan deyil...

Üst-üstə gələn dərd daşa döndü,
Daşlardan uca bir hasar hörüldü,
Kimsəsiz qapımı dağıdan döydü,
Bilmədi ki, bu dünyam dağılan deyil...

Dağıldı Şuşa adlı qurulu şəhər,
Qan kimi qaraldı hər aydın səhər,
Düşmən dağıdandı, o bilsin gərək,
Mərd oğul yurdu dağılan deyil!

Şəhidlər ölməyib ruhları şaddır,
Vətənin naminə torpaqda yatır.
“Torpaq” dediyim müqəddəs addır,
Millətimə sevgi, haqqa imandır.

Şəhid anaları,
Pakizə ana,
Siz pak iz saldınız Azərbaycana !
Qəhrəman oğullar verdiniz cahana
Daha bu dünyam dağılan deyil...

Düşmən istəsə də dağılan deyil !
Bütün çətinliklər ötüb keçəndir.
Haqq uğrunda savaşan cəsarətlidir
Düşmənə heç zaman o, boyun əymir.

Mən belə bilirəm,
Bundan əminəm !
Mənim bu dünyam dağılan deyil !
Bizim Azərbaycanımız dağılan deyil !

Səmayə Şıxəliyeva

Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı

Keçidlər