Əl çək torpağımdan, vətən mənimdir
Müharibəyə başlayan Ermənistandır. İşğal olunmuş torpaqlar Azərbaycanındır. Düz 30 il davam edən danışıqlar heç bir nəticə vermədi. Atəşkəs elan olundu, amma bu 30 ildə şəhidimiz də az olmadı.
Bu şəhidlər arasında mülki vətəndaşlar, yaşlı qocalar, yeniyetmələr, körpələr az olmadı. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qaldı. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini həlak oldu. Onlar arasında 2 azyaşlı günahsız uşaq da var idi. Bu təcavüz nəticəsində hərbi qulluqçular arasında da həlak olanlar oldu.
Mənim igid Ali Baş Komandanım dünyaya düzgün cavab verdi “Qarabağ Azərbaycandır!” və “Siz onlara cavab verə bilmirsinizsə, biz cavab verəcəyik”.
Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi.
Fəxr edirəm Milli Ordumla, fəxr edirəm əsgərlərimlə. Bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub.
Millətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı kimi bu gün mən də televiziya xəbərlərini izləyir, döyüşlərin gedişatı ilə maraqlanıram. Bəli, bu an fəal döyüş əməliyyatları aparılır. Bu haqq müharibəsidir. Azərbaycan xalqı qaçqın olaraq yaşamamalıdır. Öz doğma yurd yuvasına qayıtmalıdır.
Gözəl Qarabağ şəhərlərini, kəndlərini, dağlarını və meşələrini hər bir 30 yaşa qədər olan Azərbaycan vətəndaşı gedib görməlidir.
İnanıram ki, tezliklə “Ölkəmizi tanıyaq” layihəsində Qarabağ bölgəsinə səfərlər olacaq.
İrəli Azərbaycan əsgəri!
Ali Baş komandan əmrindəyik!
Təranə Həsənova,
ziyalı, Lökbatan qəsəbə sakini