Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər sənindir ancaq, Azərbaycan əsgəri!

01 oktyabr 2020 | 11:00

Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır. Cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız var.
Cənab Prezidentimiz İlham Əliyevin 27 sentyabr tarixində Azərbaycan xalqına müraciət çıxışı, səsləndirdiyi qətiyyətli fikirlər, böyükdən kiçiyə hər bir azərbaycanlı kimi məni də fərəhləndirdi. Xalq-Ordu, Xalq-İlham Əliyev birliyinin sarsılmaz vəhdət halında olması bu gün minlərlə şəxsin könüllü şəkildə ordu sıralarına yazılmalarında öz əksini tapmaqla yanaşı, həmçinin, cəmiyyətimizin hər bir fərdinin gözündəki yüksək inam, ordumuza və Ali Baş Komandanımıza olan məhəbbət əldə etdiyimiz və edəcəyimiz qələbələrin özəyini təşkil edir.
Hər kəsə məlumdur ki, bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Ən əsası Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında dayanmaq imkanında deyil.
Artıq heç kim üçün sirr deyil ki, bu və ya digər güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərsələr də Azərbaycanın güclü, qüdrətli ordusunun hər an belə çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər.
Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızda keçirdiyi əməliyyat hər bir Azərbaycan vətəndaşını qürurlandırmaqla yanaşı bir Azərbaycan xanımı olaraq bizlər də ölkə başçımızın bir əmri ilə ordumuzda xidmət edən şanlı əsgərlərimizlə birlikdə çiyin-çiyinə torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırıq.
Qısa zamanda üçrəngli bayrağımızın dalğalandığı müqəddəs torpaqlarımızda yüzminlərlə Azərbaycan anası, qadını olaraq zəfərli ordumuzun şanına qələbə nəğmələri oxuyacağıq. Prezidentimiz cənab İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, “Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik!"

 

Nübar Abbaslı
YAP Qaradağ RT-nin məsləhətçisi,
Gənclər Birliyi Siyasi Şurasının üzvü

Keçidlər