ERMƏNİSTAN MƏĞLUBİYYƏTƏ MƏHKUMDUR
Sovetlər İttifaqının dağılması ərəfəsində 70 illik imperiyanın ucqar müstəmləkələrdə təsirini qorumaq üçün çaba göstərən Rusiya Qafqazda bu işdə ancaq və ancaq tarix boyu xəyanətləri ilə ad çıxarmış haylardan istifadə etdi. Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefa verməsi erməni faşizmi üçün geniş imkanlar açmışdı. Fürsətdən yararlanmaq kimi xəbis xislətə malik olan haylar dərhal Azərbaycana ərazi iddiaları ilə çıxış etməyə, Dağlıq Qarabağda daha bir erməni dövləti yaratmağa cəhd göstərdilər. Rusiyanın hakim dairələrinin əlində oyuncağa çevrilmiş Ermənistan rəhbərliyi öz hərəkətləri ilə bir daha sübut etdi ki, onlar tarixin amansız bəxşişindən- yaltaqlıq, xəyanətkarlıq, qonşulara qarşı faşist ideologiyasından və başlıcası isə “erməni” xəstəliyi”ndən hələ də yaxa qurtara bilməmişlər.
Azərbaycan torpaqlarını öz havadarlarının dəstəyi və birbaşa yardımı ilə işğal edən ermənilər BMT-nin 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsinin icrasını 27 ildir ki, qulaq ardına vurmaqla, faşizmi və nasizmi təqdir və təşviq etməklə, işğal altında olan ərazilərdə bütün beynəlxalq konvensiyaların və hüquq normalarının tələblərini pozaraq etnik təmizləmə və zorakılıq siyasəti yürütməkdə davam etmişdir.
Lakin bu “siyasət” bumeranq kimi Ermənistanın özünə qayıtmış, onu regionda ən zəif, ən təcavüzkar dövlətə çevirmişdir. Region ölkələri yüksək sürətlə dünyaya inteqrasiya etdiyi, inkişaf etdiyi bir zamanda Ermənistan Rusiyanın forpostuna çevrilmiş, havadarları tərəfindən regionda digər dövlətlərə, xüsusən Türkiyə və Azərbaycana qarşı maşa rolunu qəbul etmək məcburiyyətində qalmışdır.
Vaxtilə onlara-bu qaraçı sürüsünə qucaq açmış, onları sivil dünyaya çıxarmış, dövlət adamı- paşa yapmış Osmanlı dövlətinə edilən xəyanətlə “ad-san” qazanmış haylar son 200 ildə öz xislətindən nəinki əl çəkməmiş, dişləri qana batdıqca daha da azğınlaşmışlar.
30 ildir ki Azərbaycan dövləti və xalqı səbr və dözümlə onların bu vəhşi, qaniçən xislətindən əl çəkəcəyini, işğal edilmiş torpaqlarımızdan rədd olub gedəcəkləri anı gözləmişdir. Lakin bir-birini əvəz edən erməni-faşist xuntaları getdikcə kriminallaşmış, nəinki qonşu xalqlara, hətta öz xalqına qarşı da bəlaya çevrilmişdir. Bu kriminal, başkəsən quldur dəstlərinin “siyasəti” nəticəsində Ermənistan adlanan ərazidə ermənilərin sayı kəskin şəkildə azalmış, həqiqəti dərk edən, haçansa edilən haqsızlıqların onları vuracağını, tarixi ədalətin bərpa olunacağını anlayan ağlı başında olanlar dünyanın müxtəlif ölkələrində məskunlaşmağı qərar vermişlər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər havadarları tərəfindən xəyanətləri müqabilində hədiyyə edilmiş heç kiçik “Ermənistan”a da yiyə dura bilməmişlər.
BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki “nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”
Bu dövlətin, onun başında duranların xislətini dünyaya açıq şəkildə bəyan edən dövlətimizin başçısı Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin əsl mahiyyətini faktlarla sübuta yetirmiş, Ermənistanın müharibəyə hazırlaşdığını, hələ də öz mənfur niyyətlərindən əl çəkmədiyini, bölgədə və dünyada sülhə, sabitliyə mane olan qüvvələrdən biri olduğunu bildirmişdir.
Bu çıxışdan cəmi beş gün sonra Ermənistan Silahlı Qüvvələrinin yenidən Azərbaycanın işğal olunmuş ərazilərindən yaşayış məntəqələrini atəşə tutması, mülki əhaliyə qarşı amansız rəftarı Azərbaycanın səbr kasasını doldurmuşdur. Bu aqressiya və təcavüzə cavab olaraq Azərbaycan xalqı ayağa qalxaraq müqəddəs Vətən müharibəsinə qoşulmuşdur.
Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələrindən qorxuya düşən Ermənistan rəhbərliyi həmişə olduğu kimi ermənilərin yazıq, əzilən obrazını yaratmaq, müharibəyə üçüncü ölkələrin qoşulmasını təmin etmək üçün minbir oyundan çıxır, gah Türkiyənin, gah da Suriyadan gələnlərin Azərbaycana dəstək verdiyini, döyüşlərdə iştirakını tirajlamaqdan yorulmur. Lakin həqiqət amansızdır. Ötən illər ərzində ermənilərin yalanlarından bezmiş dünya onların haqsız olduğunu başa düşür. Dünya anlayır ki Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rossiya-1” kanalına verdiyi müsahibədə Nikol Paşinyanın heç bir əsası olmayan iddialarına kəskin cavabları, gətirdiyi təkzibolunmaz dəlillər və arqumentlər onun bir siyasətçi kimi qətiyyətini, sona qədər mübarizə əzmini bir daha sübut etdi.
Öz xalqını arxasında hiss edən, xalqın və dövlətin maraqları nöqteyi-nəzərindən çıxış edən Cənab Prezident illər uzunu göstərdiyi səbr və dözümün bitdiyini, tarixi anın yetişdiyini bir daha bəyan edərək Azərbaycanın öz suverenliyi və müstəqilliyi uğrunda axıra qədər mübarizə aparacağını qətiyyətlə bildirdi.
Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə, qətiyyətli döyüş əzminə tab gətirməyən erməni həbi birləşmələri, terrorçu qruplaşmaları bu gün döyüş meydanını qoyub qaçır, onların debil lideri, siyasi kütlüyü ilə gülünc hədəfinə çevrilən Nikol Paşinyan isə əli hər yerdən üzüldüyündən gah Türkiyəni suçlayır, gah yazıq dona girir, gah da olmayan gücü ilə hədələyir, bir sözlə əsl erməni xislətini ortaya qoyur.
Tarix və zaman yetişib. Azərbaycan xalqı ayaqdadır. İllər uzunu öz rəhbərlərinin ağıllı və uzaqgörən, səbrli və təmkinli siyasətini dəstəkləyən müdrik xalq səngərə, döyüşə can atır, Xocalının, Laçının, Ağdamın, Kəlbəcərin, işğal altında olan digər torpaqlarımızın qisasının alınması üçün şəhidlik şərbətini içmək üçün mücadiləyə qoşulur. Minlərlə gəncin Səfərbərlik Xidməti önündə toplaşması, döyüşə gedənlərin sevincək siması bu xalqın nəyə qadir olduğunun bariz nümunəsidir.
Son günlərin hadislərini izlədikcə iki məqam diqqətimizi cəlb edir:
Birinci məqam odur ki, Ermənistanın siyasi kütlüyü və avantürist mövqeyi ilə gündəmdə qalan baş naziri Nikol Paşinyanın kəkələyə-kəkələyə, yalan danışdığını özü də yaxşı bildiyindən heç bir arqument gətirə bilmədiyindən irəli sürdüyü gülünc iddialar, böhtanlar, riyakarlığı özündən güclü rəqiblə savaşda uduzduğunu, əzildiyini həzm edə bilməyənin hay-həşirinə bənzəyir. Son otruz ildə Ölkəni talayan, terrorçu quldur birləşmələrinin rəhbərlik etdiyi Ermənistanın indiki baş naziri də verdiyi vədlərin yerinə yetmədiyini və xalqın qəzəbini öz üzərində hiss etdikcə siyasi böhrandan çıxmağın yolunu yenə də qan axıtmaqda, yalançı şüarlarda axtarmaqda görür.Ermənistanın keçmiş rəhbərləri indiki rəhbərliyə ikinci isə öz növbəsində əvvəlkilərə nifrət ruhundadır və bu da Ermənilərin istər-istəməz iki cəbhəyə bölünmsəini şərtləndirən amillərdəndir.
İkinci məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təmkinli, arqumentlərə və faktlara söykənən sakit, arxayın, siyasi yetkinliklə müşaiyət olunan, qələbəyə inamlı müsahibələri və çıxışları bu yolda aparılan mübarizənin sona qədər davam edəcəyinə, haqqın qalib gələcəyinə inam yaradır. Son illərdə ölkənin sosial—iqtisadi cəhətdən güclü inkişafı, dövlətə vətəndaş qayğısının artması, ölkənin regionda ən güclü dövlətə çevrilməsi, döyüş qabiliyyətli ordunun yaradılması qalibiyyətin öncədən kimə məxsus olduğunu ehtimala yax, reallığa çevirir.
Bəli, Ermənistan məğlubiyyətə məhkumdur. Tək ona görə yox ki bizim silahımız çoxdur, canlı qüvvəmiz onlarınkından qat-qat artıqdır. Həm də ona görə ki, bizim ermənilərdən fərqli olaraq qətiyyətli liderimiz, xalqına söykənən, ondan güc alan, siyasi cəhətdən dünyanın yetkin bir lider kimi qəbul etdiyi Prezidentimiz, şəhidlik mərtəbəsinə ucalmağa, Vətənin hər qarış torpağı uğrunda öldürməyə hazır olan oğul və qızlarımız var.
Allah bu mübarizədə yar və yardımçımız olsun!
Şəmsi Qoca,
AYB-nin üzvü, şair-publisit
166 nömrəli məktəb-liseyin direktoru