Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan gəncləri narkotik əleyhinə”

11 aprel 2013 | 10:00

Qaradağ rayonunun orta məktəblərində aprel ayında “Azərbaycan gəncləri narkotik əleyhinə” mövzusunda toplantılar keçirilməkdədir.

Toplantılarda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının” üzvləri, Narkoloji Dispanserin mütəxəssisləri, rayon Gənclər və İdman İdarəsinin və rayon Polis İdarəsinin əməkdaşları iştirak edirlər.
Toplantılarda iştirak edən gənclərə “Özümüzü narkomanlıqdan qoruyaq” adlı broşürlər paylanılır.
Gənclərə narkotiklərin təsiri altında törədilən cinayətlərdən, yaranan xəstəliklərdən və digər fəsadlardan ətraflı danışılır və bu mövzuda olan video-çarx nümayiş etdirilir

Keçidlər