Şriftin ölçüsü :

Saytın rəngi :

Əmr et, Ali Baş Komandan

01 oktyabr 2020 | 11:00

(Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə xitabən)

Otuz illik əsarətə,
İçimizi qurd tək yeyən
Bu amansız rəzalətə,
Xocalıda qətl edilən
Körpələrin naləsinə,
Yurd həsrətli anaların göz yaşına,
Son qoymağın vaxtı çatıb.
Bu müqəddəs Vətən üçün
Qan almağın,
Göz oymağın vaxtı çatıb!
İmkan varkən Şuşamızı azad edək,
Xankəndinə bayraq asaq,
Kəlbəcəri abad edək!
Yetişibdir indi zaman,
Ayaqdadır Azərbaycan!
Əmr et, Ali Baş Komandan!


Otuz ildir qəfəsdəydi,
Bax, kükrədi qeyrətimiz,
Sən əmr elə, qoy görk olsun,
Düşmənlərə qüdrətimiz.
Qan-qan deyən yağılara
Qan udduraq.
Füzulidə ocaq çataq,
Qubadlıda çadır quraq!
Bilirəm ki çevriləcək
Ağdam qeyrət qalasına.
Daşlar belə gəl-gəl deyir,
Bu yurdun hər balasına.
Qoy bu yolda qazi olaq!
Qoy bu yolda şəhid olaq,
Təki Vətən azad olsun,
Biz bu günə şahid olaq!
Qoy qanımız olsun ümman,
Əmr et, Ali Baş Komandan!


Vətən, vətən deyib öldük,
Yetər, çəkdik bunca zillət,
Sən əmr elə, şirə dönsün,
Arxandadır ulu millət,
Otuz ildir nalə çəkir
Şəhid ruhu bu torpaqda,
Haylar niyə at oynatsın,
Xankəndində, Şahbulaqda?
Sən əmr elə
Bu qaraçı tayfasını
Qovaq iti qovan kimi.
Sən əmr elə axın etsin
Mərd oğullar karvan kimi.
Xankəndində dalğalansın
Qoy üçrəngli bayrağımız.
Sən əmr elə silah olar,
Dəryazımız, orağımız.
Sən əmr elə sipərləri
Dişimizlə didək, keçək,
Sən əmr elə bircə günə
İrəvanı ötək, keçək.
Yetişibdi indi zaman,
Əmr et, Ali Baş Komandan!


Əzəmətin qarşısında
Rəzil oldu hay oğlu hay!
Daha ona ağasından,
Əmisindən, dayısından
Yoxdur haray.
Hər kəlməni, hər sözünü
Zəhər udan kimi udur,
Qoy bu tula anlasın ki,
Alçaqlığın sonu budur!
Nə ölümü qalıb axı
Onun özgə torpağında?
Bir dərs verək sırğa olsun,
Hayın kəsik qulağında.
Sən əmr elə, on milyona,
Əzib keçsin sərhədləri.
Sən əmr elə, qoca tarix,
Qoy qayıtsın üzübəri!
Sən əmr elə Babək olaq,
Qılınc çalaq hər birimiz.
Cavanşirə, Mübarizə
Dönsün hər bir əsgərimiz.
Hər əmrinə müntəzirdi
Bu gün bütün Azərbaycan!
Əmr et, Ali Baş Komandan!

Şəmsi Qoca
01.10.2020

Keçidlər