Bu gün Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır
Mən böyük qürur hissi ilə qeyd edirəm ki, Ölkə Başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında nizami Silahlı Qüvvələrin yaradılması, erməni işğalçılarının tapdağı altında olan torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan işlər bu gün öz müsbət nəticəsini göstərir.
Cəbhə xəttində gedən döyüşlər barədə xəbərləri dinləyirəm. Böyük inam və qətiyyətlə bildirirəm ki, ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir.
Əsgərlərimizin mənəvi-psixoloji durumu çox yüksəkdir, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir.
Bu gün qətiyyətlə beynəlxalq ekspertlər də bildirir ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir.
Hər birimiz bu gün onun şahidiyik ki, hər bir Azərbaycan vətəndaşı özünü məğlub deyil, hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edir. Biz ancaq böyük qələbəyə doğru addımlamalı, doğma torpaqlarımızı ağı düşmən tapdağı altından azad etməliyik.
Bu gün hər birimiz cəbhə bölgəsində Azərbaycanımızın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordumuz ilə daim birik, ordumuzun əldə etdiyi qələbələrlə fəxr edirik.
Bütün dünya ictimaiyyətinə bu gün bir daha isbat olunur ki, xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir.
Çox sevdiyim dövlət başçımız, Möhtərəm cənab İlham Əliyevin qeyd etdiyi kimi, “bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var”.
Bu gün hər bir vətəndaş yaşadığı ərazi üzrə şahiddir ki, ordumuza könüllü yazılanların sayı gündən günə artıq, qətiyyətlə bildirirəm ki, bu rəqəm on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Bu xalqın Ali Baş Komandanın əmrinə tabe olduğunu göstərir.
30 il sülh danışıqları ilə torpaqlarının azad olunmasını gözləyən xalq, Dövlət Başçımızın sözü ilə desək, “biz müharibə istəmirik.”
Amma son zamanlar Erməni işğalçıları təxribat törətməkdən əl çəkmir, Azərbaycanın mülki şəxslərini hədəf alıb, dinc əhalinin həyatlarına son qoyurlar.
Hər kəs bilməlidir ki, Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi onun suveren hüququdur.
Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır ki, bu günlər Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. İşğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.
Qarabağ Azərbaycandır və Şanlı Azərbaycan ordusu bunu bir daha bütün dünyaya sübut edəcəkdir.
Zaur Məmmədov,
Dövlət qulluqçusu