Şriftin ölçüsü :

Saytın rəngi :

"QARABAĞ AZƏRBAYCANDIR!"

30 sentyabr 2020 | 11:00

"QARABAĞ AZƏRBAYCANDIR!"

   Bu gün bütün dünya bilir ki , Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq həqiqət uğrunda mübarizə aparmağa hazırdır.
Azərbaycanın güclü ordusu erməni təxribatının qarşısını peşakarcasına alır və buna qadirdir. Aciz düşmən isə kütləvi olaraq mövqelərini tərk edirlər. Azərbaycanın bu uğurlu mübarizəsi tezliklə qələbə ilə nəticələnəcək.
   Ordumuz ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımzın düşmən tapdağından azad etməyə qadirdir.
   Bu gün biz öz birliyimizi bir daha sübut etməliyik. Azərbaycan Ordusu dövlətin dayağı xalqın güvənc yeri və qürur mənbəyidir. Azərbaycan dövləti işğal olunmuş bütün torpaqlarını mütləq azad edəcəkdir və bu gün çox uzaqda deyil.
   Bu gün Ali Baş Komandanımız, hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şərəfli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızda keçirdiyi əməliyyat hər bir Azərbaycan vətəndaşı kimi biz məktəbliləri də qürurlandırır.    Sevincimizin həddi-hüdudu yoxdur. Torpaqlarımlz alındıqca, biz də onlarla bir olmaq, şanlı ordumuza hər addımda  dəstək olmaq istəyirik.
   Hörmətli Prezidentimiz İlham Əliyevin 27 sentyabr tarixində Azərbaycan xalqına müraciəti, səsləndirdiyi qətiyyətli fikirlər, böyükdən kiçiyə hər bir azərbaycanlı kimi biz məktəbliləri də fərəhləndirdi. Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında, cənab Prezidentin ilk qələbə sevinci münasibətilə xalqımızı təbrik etməsi, 30 ildən çoxdur öz dədə-baba yurdlarından didərgin salınmış qardaş və bacılarımıza ən böyük və əvəzssiz qələbə müjdəsinin ilk qığılcımı oldu.
Xalq-Ordu, Xalq-İlham Əliyev birliyinin sarsılmaz vəhdət halında olması bu gün minlərlə şəxsin könüllü şəkildə ordu sıralarına yazılmalarında da öz əksini tapmaqdadır.
Cəmiyyətimizin hər bir gənci kimi mən də o sıralarda olmaq istəyirəm.
Biz də ölkə başçımızın bir əmri ilə ordumuzda xidmət edən şanlı əsgərlərimizi dəstəkləyirik.
Bu gün yüksək inam, ordumuza və Ali Baş Komandanımıza olan məhəbbət əldə etdiyimiz və edəcəyimiz qələbələrin əsasını təşkil edir.
Əminik ki, çox tezliklə mənfur düşmənlərimiz işğal olunmuş torpaqlarımızdan qovulacaqdır.
Biz də  üçrəngli, ay-ulduzlu bayrağamızın dalğalandığı müqəddəs torpaqlarımızda yüzminlərlə Azərbaycan məktəblisi olaraq zəfərli ordumuzun şənınə qələbə nəğmələri oxuyacağıq.
Bu gün hamımız fəxrlə deyirik: Qürurumuzsan, Azərbaycan əsgəri!
Cənab Prezidentimizin də qeyd etdiyi kimi bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Bizim başqa ölkələrin torpağında  gözümüz yoxdur, öz torpağımızı da hec kimə verən deyilik.
Ölkə başçısının qeyd etdiyi kimi erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!
Biz inanırıq ki tezliklə Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanacaqdır!

 

Leyla Abbaslı,
S.Məhərrəmov adına 106 nömrəli tam orta məktəbin IX sinif şagirdi

Keçidlər