Bizim işimiz haqq işidir!
Bu gün Azərbaycan torpaqlarına Azərbaycan əsgəri xalqın istəyi, ölkə liderinin siyasi iradəsi və Ali Baş Komandanın əmrinə əsasən öz tarixi missiyasını həyata keçirir.
Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini qətiyyətlə bəyan edir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz!”
30 il davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində üçüncü amil olan beynəlxalq dəstək isə göz önündədir. Göründüyü kimi, münaqişənin həlli üçün bütün əsaslar mövcuddur. Lakin günü bu gün də nizamlanma prosesini uzadan işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın hələ də işğala "Dur!" deməkdə tərəddüd etməsidir.
Onlar silahlanmaya davam edir, hər mümkün olan anda təxribatlar törədir və nəticədə günahsız Azərbaycan sakinləri şəhid olurdular.
Utanmaz və işğalçı erməni ordusu Qarabağa aidiyyəti olmayan Tovuz rayonunun sərhədlərində belə təxribatlar törətdi.
Bu gün xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaqdır. Biz öz torpaqlarımızı işğalçıların tapdağı altından azad edəcəyik. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaqdır.
Dövlət Başçımız, Azərbaycan xalqının siyasi lideri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Bu gün xalqımızın hər bir nümayəndəsi öz sərkərdəsinin yanındadır, onun əmrinə tabedir və bu müharibədə “Qarabağ Azərbaycandır!” deyərək, Uca Bayrağımızı Qarabağda dalğalandıracağıq.
Hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün təkmil islahatlar həyata keçirən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən cənab İlham Əliyevə Azərbaycanda və Azərbaycandan kənarda yaşayan milyonlarla insanın sevgisi, ona olan dəstəyi şəksizdir və göz önündədir.
Bu gün hər bir kəs aydın şəkildə bilməlidir ki, xalq-iqtidar birliyi möhkəm olduğu zaman, hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur. Azərbaycan başçısı bu gün də bütün dünyaya xalq-iqtidar birliyi nümunəsini təqdim etdi.
Təsadüfi deyil ki, bu gün dünya ictimaiyyəti Azərbaycanı dəstəkləyir və Azərbaycanın haqq səsinə dəstək verərək, öz mövqeyini bildirir.
Bir necə gün öncə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücum edərək, təxribat törətdiklərini nəzərə alaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirərək, hərbi təxribatın qarşısını qətiyyətlə aldı. Sevindirici və qururverici haldır ki, bu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad olunub.
Dövlətimizin başçısı cənab İlham Əliyev xalqımızı bu münasibətlə təbrik edən bəyan etmişdir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Xalqımı təbrik edir, bəyan edirəm ki, hər bir Azərbaycan vətəndaşı kimi mən də öz Prezidentimin yanındayam!
Yaşa Azərbaycan xalqı !
Yaşa Azərbaycan !
Yaşa cənab Prezident !
Xanlar Atabala oğlu Pircanov,
166 saylı məktəb liseyin çağırışa qədər hazırlıq müəllimi