Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz

30 sentyabr 2020 | 11:00

    Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllində üç əsas amili önə çəkirdi: dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək.”
   Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini qətiyyətlə bəyan edir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz!”
   Xalqımız öz iradəsini ortaya qoyaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin əmrini hər an gözləyirdi. Sevindirici haldır ki, bu gün an o andır!

   Biz öz tarixi torpaqlarımızda öz haqq yolumuzu yürüyürük!

   Qarabağ Azərbaycandır!

Sədəf Əliyeva,
Qaradağ rayon sakini, ziyalı

Keçidlər