Şriftin ölçüsü :

Saytın rəngi :

Yolumuz haqq mübarizəsi yoludur!

29 sentyabr 2020 | 11:00

   27 sentyabr tarixində baş vermiş hadisələr Erməni siyasətinin mahiyyətini bir daha göstərmiş oldu. Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Və əsas hədəf Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır.  Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Buna baxmayaraq xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir.  On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdiyini desək heçdə yanılmarıq. Həmçinin, orduya könüllü kimi yazılanların sayı dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamın bariz sübutudur.
   27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqənin və 2 hündürlüyünün işğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdırdı. Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu bir daha göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir. Hər kəsə məum olduğu kimi bu Dağlıq Qarabağ mübarizəsi və savaşı ümumxalq mübarizədir  Bu yol haqq yoludur, bu yol haqq mübarizəsi yoludur!

 

Könül Əhmədova
YAP Qaradağ RT
Gənclər birliyinin sədr müavini

Keçidlər