Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti biz gəncləri sevindirdi

29 sentyabr 2020 | 11:00

   27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Buna səbəb Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulmasıdır. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir. Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir. Danışıqlardan  və münaqişənin sülhlə həlli yolundan qaçan Ermənistanın bütün bəyanatları bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər. Lakin haqq yolunda olan Azərbaycan Ermənistanın nə qədər işğalçı olduğu illərdir şahididir. 30 ilə yağın bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qaldığından artıq Azərbaycan xalqının öz susdura bilmir.
   Açıq danışıqlardan qaçan erməni hökuməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər yaratması ilə yanaşı heç bir gücə malik olmadan öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atması da bunların danışıqları pozması əsas hədəflərindən olmasını sübut edir. Buna misal olaraq iyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatları regiona təhlükə yaradaraq Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik etməsi erməni təxribatları sistemli xarakter daşıdığının da şahidi ola bilərik. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir. Bu səbəbdən əhali hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir. Azərbaycan tarixi ədalətin bərpası uğrunda mübarizə aparır və bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmaq hazırdır.

Mustafayev Teymur,
YAP Qaradağ RT
Gənclər birliyinin siyasi şurasının üzvü

Keçidlər