Şriftin ölçüsü :

Saytın rəngi :

İnanıram ki, çox tezliklə o gün gələcək, Şuşa həsrətim dinəcək

29 sentyabr 2020 | 11:00

   Ömrümün beşinci yazını yaşamağa başlayırdım. Artıq beş yaşımda düşmən mənə özünü xalqıma etdiyi xəyanəti ilə tanıtmışdı.  Düşmən dediyim ermənilər illərlə bizim torpaqlarımızda qonaq olub, süfrəmizin arxasında oturub, daddığımız təamlardan dadıblar. Ev sahibi və qonaqpərvər bir xalq kimi digər qonaqlarımızdan seçmədən onlara eyni xoş münasinasibəti göstərmişik. Lakin qonaq bildiyimiz ermənilər nəfslərinin qurbanı olub düşmənimizə çevrildilər. Hər bir kəs bilməlidir ki, yalnız haqlı aparılan, dürüst mübarizələrin qələbəsi alqışa layiqdir, qürürvericidir. Düşmənimin xəyanəti ilə işğal etdiyi torpaqlar onlara sadəcə utanc və haqqsızlığa aparan yolun başlanğıcı ola bilər. Yalnış yoldan geri qayıtmaları üçün xalqımız tərəfindən ermənilərə  yetərli qədər zaman verildi. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı həm beynəlxaql inamı azaldırdı, həm də illərlə Şuşa torpaqlarının həsrəti ilə yaşayan xalqın, şəhid analarının, övladlarının mübarizəyə atılmağına  təkan yaradırdı.
   Sülh yolu ilə bu münaqişələrin həllinin mümkünsüz olduğunu bilən xalq yetişdirdiyi cəsarətli oğlullarına, hərbi gücünə güvənib haqlı mübarizə apararaq, özümüzü və torpaqlarımızı müdafiə edə biləcəyimizi düşmənə göstərdi.
   Çirkin üsullara əl atan, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan iqtidarına bizim Prezidentimizin layiqli cavabı daha cəsarətli və daha güclü oldu. Prezidentimizin apardığı siyasətə güvənərək, dövlətin göstərdiyi  diqqət və qayığı ilə, xalqın sevgisi və inamı ilə  güclənmiş ordumuz 27 sentyabr tarixində düşmənin növbəti təxribatına qarşı əkshücuma başladı.  Biz işğal olunmuş torpaqlarımızı azad etmək uğrunda ordumuza ruh yüksəkliyi və böyük inamla “İrəli” dedik. Biz sadəcə bizim olan torpaqlar uğrunda mübarizə edirik. Dövlət başçımızın dediyi kimi “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur”. Axı biz işğalçı millət deyilik. Biz haqqını, hüququnu bilən, özünü layiqincə müdafiə etmək gücünə sahib olan bir xalqın övladlarıyıq. Bizə sadəcə bizim olan gərəkdir. İnanıram, ki o gün də gələcəkdir. Ömrümün 34-cü yazında bizim olan torpaqlarda himnimiz səslənəcək, bayrağımız dalğalanacaqdır. 
     Buna inanırıq! Qarabağ Azərbaycandır!

Səmayə Şıxəliyeva
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı

 

Keçidlər