“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın qəbul edilməsi sevindirici haldır
Hər bir Azərbaycan vətəndaşı bu gün Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə hazırdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.
Tovuz hadisələrindən sonra ölkəmizdə hər bir vətəndaş birmənalı şəkildə “Qarabağ Azərbaycandır” deyərək işğalçı Erməni separatçılarına qarşı vuruşmağı, onların törətdikləri təxribata cavab verməyi istədilər.
İşqalçılar tərəfindən son təxribatlara cavab olaraq Ali Baş komandan ölkədə Hərbi vəziyyət eləan edərək, Ermənistanın işğal siyasətinə gözəl bir cavab oldu. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.
Hər bir Azərbaycan vətəndaşı bu gün Ölkə Başçısının əmrinə tabe olmağa, Ali Komandanın ətrafında sıx birləşməyə çağırır.
Bu gün biz hər an qəlbən vuruşan əsgərlərimizin yanındayıq, onlara bu haqq mübarizədə uğurlar diləyib, Azərbaycan torpaqlarını erməni tapdağından azad etməyi arzulayırıq.
Gün o gün olsun ki, Qələbəmizi qeyd edək.
“Qarabağ Azərbaycandır və Nida işarəsi!”
Qumru Xəlilova,
Gənc mütəxəssis, Qaradağ rayon sakini