Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyevdən möhtəşəm mövqe: “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”

28 sentyabr 2020 | 11:00

   Böyük sevinc və fəxarət hissi ilə ölkəmizin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin teleqram səhifəsini oxudum və onun son anlarda etdiyi çağırış, dünyaya bəyan etdiyi möhtəşəm mövqe məni valeh etdi!
   Ölkə rəhbəri birmənalı şəkildə hər kəsə açıq-aydın bildirmişdir ki, “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”!
   Cənab Prezident əmin olmalıdır ki, Hərbi vəziyyətin ölkəmizdə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir.
   Biz xalq olaraq hər zaman cənab prezidentin yanındayıq, Azərbaycanın hər bir vətəndaşı bu gün Ali Baş komandanın əmrindədir.
   Cənab Prezident, Erməni təxribatlarına adekvat cavab vermək zamanıdır.
   Torpaq uğrunda ölən varsa VƏTƏNDİR!
   Son damla qanımıza qədər vətənimizin işğaldan azad olunması yolunda vuruşmağa hazırıq!
   Cənab Ali Baş komandan, Biz Sizinləyik
   Allah bizə yar olsun
   Tanrı Ordumuza böyük qələbəni nəsib etsin
   Qarabağ Azərbaycandır

Aqşın Hüseynov,
Qarabağ qazisi

Keçidlər