Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı və siyasi partiyalar Cənab Prezidentin yanındadır

28 sentyabr 2020 | 11:00

   Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqil-liyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər. Azərbaycan Prezideni, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib.  
    Cari ilin sentyabr ayının 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfəf bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri, mülki əhali atəşə tutulur. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir. 
    Azərbaycan torpaqlarına sahib olmaq hüququndan istifadə edərək başlayaraq Silahlı Qüvvələrimiz işğal altında ərazilərimizin azad olunması üçün ciddi və uğurlu hərbi əməliyyat aparır. Ölkəmizdə çox böyük ruh yüksəkliyi mövcuddur. 
  Qəhrəman əsgərlərimizin rəşadəti nəticəsində hər gün böyük uğurlarımızın olacağı şübhəsizdir. Tam qələbənin əldə ediləcəyi günü əminliklə gözləyirik. 
   Bütün təmas xətti boyu Ermənistanın başlıca hədəflərindən biri mülki əhalidir. Təmas xəttinə yaxın yaşayış məntəqələri, insanların şəxsi əmlakı, kəndlər, şəhərlər Ermənistanın əsas hədəf nöqtələridir. Məhz bu amilin qarşısını almaq üçün ölkə Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən əks həmlə əməliyyatı həyata keçirilir. Eyni zamanda belə cinayətlərin bir daha baş verməməsi üçün ərazilərimizdə təmizləmə əməliyyatı həyata keçirilir. Bu əməliyyatlar müqəddəs bir məqsəd uğrunda savaşdır. Haqlı savaşda Azərbaycanın hər bir nəfəri Ordumuzla, Ali Baş Komandanla birlikdədir.Cəmiyyətimiz cənab Ali Baş Komandanın Dağlıq Qarabağın azadlığı istiqamətində apardığı siyasəti dəstəkləyir. İqtisadiyyatımızn güclənməsi Silahlı Qüvvələrə ən müasir silahların alınması, döyüş hazırlığının möhkəmlənməsi ilk gündən başlayaraq uğurlarımızın artmasından xəbər verir.       Hazırda Azərbaycan Ordusunun döyüş əzmi kifayət qədədr yüksəkdir: “Cənab Prezident, Ali Baş Komandanın xalqa müraciəti, Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirlər onu göstərir ki, Azərbaycan torpaqlarının işğaldan azad etməsi üçün başladığı döyüşləri qələbə təmin olunana qədər davam etdirmıək əzmindədir. Əgər aparılan siyasət cəmiyyət tərəfindən dəstəklənirsə, xalq öz ordusunun yanındadırsa, onunla birlikdə qələbə qazanmaq üçün mübarizə aparmağa hər an hazırdırsa heç şüb şübgəsiz ki, gözlənilən nəticələr əldə olunacaq. Qələbə bizmləridr. Bu bizim haqq yolumuzdur. 2020-ci ilin sentyabr döyüşləri tariximizin ən şanlı səhifələrindən biri olacaq.      
   Ordumuzun cəbhə boyu uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərəsi idi.Qürurverici haldır ki, siyasi baxışlarından, yaşından və statusundan asılı olmayaraq Azərbaycan vətəndaşları  mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər.  
   Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən geri qalmaması, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Birgə bəyanat eyni zamanda ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirərək son hücumların məhz bütün cəbhə boyu ərazilərdə baş verməsinin təsadüfi olmadığı, yeni ərazi iddiaları Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir. Beləliklə biz çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz bir anın şahidi olduq. Azərbaycanda dünənin siyasi rəqibləri vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər.     
     Dövlət, xalq qarşısında vəzifə və məsuliyyətini yaxşı dərk edən gənclərimiz Ali Baş Komandanın əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə onlara əmanət olan torpaqlara göz dikənlərə qarşı mübarizə aparmağa bir nəfər kimi hazırdırlar.

Sərdar Hacıyev,
Qızıldaş qəsəbə Ağsaqqal Şurasının üzvü

Keçidlər