Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev və Azərbaycan gəncliyi

11 aprel 2013 | 10:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş inşa yazı müsabiqəsi keçirilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Qaradağ rayon məktəblilərinin yuxarı sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.
Qaradağ rayonunun orta məktəb şagirdləri - Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yerinin olduğunu, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin öz müdrik siyasətinin, dönməz əqidəsinin və tarixi uzaqgörənliyinin sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu yaxşı bilirlər.
Hər kəsə bəllidir ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Bu gün Azərbaycan gəncliyi Xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözlərini özlərinə şüar bilirlər.

Keçidlər