Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı beynəlxalq qətnamələrin icra olunmasını tələb edir

28 sentyabr 2020 | 11:00

   Azərbaycan bütün dünyada tolerant bir ölkə olaraq tanınır. Biz həqiqətən dözümlü xalqıq. Biz son 30 ildə nələrə dözmədik, nələrə ümid etmədik.....
Amma əfsuslar olsun ki, gördüyümüz, şahid olduğumuz hadisələr bizə ikili siyasətin davam etdiyini göstərdi. Ermənistan heç bir beynəlxalq qətnamələrə məhəl vermədi, hamı şahid oldu ki, 30 ilə yaxın bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qaldı.
   Ölkə başçımız qatıldığı hər bir büynəlxalq tədbirdə, keçirdiyi hər bir görüşdə illərdir bu barədə məlumat verir, bütün dünyaya Ermənistanın apardığı işğalçı siyasətindən danışdı.
   İllərdir cənab İlham Əliyevin hər nitqini izləyir, onun təmkinli, düzgün siyasi qərarlarını alqışlayırdım.
   Artıq xalq bütün olanlardan bezdi, ölkə başçısı Ermənistanın dəfələrlə etdiyi təxribatlara cavab olaraq siyasi bəyanatlar verib, dünyanın diqqətini onların çirkin əməllərinə çəkib.
   Amma Tovuz hadisələri də onu göstərdi ki, Ermənistan silahlanmağı davam edir, və onlar işğalçı əməllərindən əl çəkməyəcəklər.
Azərbaycan Ordusu kifayət qədər güclü ordudur və Milli Ordumuz onların təxribatlarına cavab verməyə qadirdir.
   Bu gün biz bütün olanların şahidiyik və hər birimiz ürək ağrısı və fəxarət hissi ilə Ordumuzun irəlləməyini, yeni-yeni kəndlərin, zirvələrin işğaldan azad olması xəbərini gözləyirik
   Yaşasın Azərbaycan Ordusu!
   Yaşasın Azərbaycan əsgəri!
   Yaşasın cənab Prezident!
   Haqq ədalət öz yerini tutacaq və biz Qarabağda qələbə marşı dinləyəcəyik!

 

Dilarə Nəzərova,
Qaradağ rayon sakini

Keçidlər