Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan haqq yolundadır

28 sentyabr 2020 | 11:00

    Bu gün Azərbaycan dövləti haqq yolunu tutaraq Azərbaycan torpaqlarını işğalçılardan azad etmək üçün müvafiq addımlar atır, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə əsasən öz doğma yurdlarını işğaldan azad edir. Son 30 ildə dövlətin apardığı düzgün siyasi xəttə əsasən bütün dünya Ermənistanın işğalçı olduğunu bilir, onları Azərbaycan torpaqlarından uzaq durmasına çağırır. Onlar işğalçıdırlar, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmaq hazırdır.
    Bu gün Azərbaycanda hərbi vəziyyət elan olunub, hərbi səfərbəlikdir. Biz Azərbaycan torpağının işğaldan azad olunmasına can atır, “Torpaq uğrunda ölən varsa, vətəndir deyirik”!
   Bir ana kimi, bir Azərbaycan qadını kimi, bu gün dualarım Azərbaycanın mərd igidləri ilədir!
   Allah əsgərlərimizi qorusun!
   Allah müzəffər Ordumuza qələbəyə nəsib etsin!
   30 il müxtəlif danışıqlara dözən xalq, bu gün öz Prezidentinin ətrafında sıx birləşib və Qarabağ Azərbaycandır deyir!
   Qələbə bizimlədir, haqq bizimlədir.

Təranə Orucova,
Qaradağ rayon sakini

Keçidlər