Şriftin ölçüsü :

Saytın rəngi :

Gücümüz birliyimizdədir

28 sentyabr 2020 | 11:00

   Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının bir qrup fəal üzvləri   Ordumuz un   işğalçı erməni qüvvələrinin başladığı təxribata layiqli əks həmlə ilə layiqli cavab verməsi ilə əlaqədar Birliyin ofisində müzakirə aparmışlar. Qeyd olunmuşdur ki özünü “şıltaq uşaq” kimi aparan  faşist Ermənistan  rəhbərləri  ordumuzun sarsıdıcı zərbələri qarşısında aciz duruma düşərək  vassalı olduqları ölkələrdən imdad diləyirlər. Amma onların həyasızlıqları bu dəfə cavabsız qalmadı. Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə ordumuz əks hücuma keçərək  düşmənə sarsıdıcı zərbələr endirirlər.
   Ölkə üçün belə bir taleyüklü gündə bütün xalq, siyasi qüvvələr, ictimai təşkilatlar bir araya gələrək ölkə başçısı ətrafında sıx birləşmişlər. Lakin yenə öz siyasi ambisiyalarından əl çəkməyən Xalq Cəbhəsi və Müsavat rəhbərləri  bütün siyasi partiyaların ölkə rəhbərliyi ilə həmrəylik bildirən müraciətinə qoşulmamışlar. Bu  kimi halları tərəfimizdən ciddi qınayırıq, ölkə üçün həyati bir sınaq vaxtı  həmrəylik nümayiş etdirməyən qüvvələri düşməndən  də təhlükəli hesab edirik.
   Əminik ki, qısa müddətdə öz tarixi qələbəmizi qazanacağıq. Artıq cəbhədən gələn xəbərlər bunu deməyə əsas verir.
   Biz, müharibə veteranları da bu tarixi qələbədə pay sahibi olmağa hazırıq.
     Yaşasın qüdrətli Azərbaycan Ordusu!
      Tanrı türkü qorusun!

 
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının üzvləri adından
sədr Maqsud Heydərov

Keçidlər