Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşadətli Azərbaycan ordusu, qəhraman əsgərlərimiz xalqımızın çoxdan gözlədiyi qələbəni təmin etməyə qadirdir

28 sentyabr 2020 | 11:00

   27 sentyarbr 2020-ci il tarixində  səhər saatlarından  Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə təxribat törədərək iriçaplı silahlardan mina-atanlardan və müxtəlif çaplı artileyriya qurğularından intensiv şəkildə atəşi nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində mülki əhaliyə  və  hərbi qulluqçulara genişmiqayslı hərbi əməliy-yatlara başlamışdır. Qəhrəman Azərbaycan ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı bölmələrinin mövqelərinə sarsıdıcı zərbələr endirir.     
      Ermənistanın  hərbi təxribat törətməsi, müharibə qorxusu yaratmaq cəhdləri, beynəlxalq aləmə meydan oxumaq sülhə xəyanət deməkdir. Ermənistanın 30 ilə yaxın müddətdə BMT Təhlükəsizli Şurasının 4 qətnaməsinə və çağırışlarına məhəl qoymaması bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir. Ermənistanın siyasi hakimiyyəti bu məslənin büynəlxalq hüququn normaları çərçivəsində həllinə maraqlı deyillər. Ermənistan hakimiyyəti vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaqla mütamadi olaraq cəbhə xəttində atəşkəsi daima pozur.Eyni zamanda Ermənistan status kvonu saxlamaq üçün əlindən gələni edir, substansiv danışıqların qarşısını alır.  
   Ötən gün Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciət edərərk  bütün dünyay bəyan etdi ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq, artıq bu ədalətsizliyə dözə bilmərik. Bundan sonra buna dözmək fikrində də deyilik. Xalqımız cənab Prezidenti dəstəkləyir.Cənab Prezident qeyd etdiyi kimi, Ordumuz öz torpaqlarında döyüşür. Azərbaycanın haqlı mübarizəsi öz torpaqlarının işğaldan azad edilməsinə, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasına və ədalətin və sülhün bərqarar olmasına xidmət edir.  Bəli qələbə bizimlə olacaq çünki bizim işimiz haqq işidir.Torpaqlarımızı mənfur ermənilərin işğalından azad etmək istəyirik və azad da edəcəyik. Artıq qələbə xəbərləri gəlməkdədir.Bir neçə kəndimiz işğaldan azad edilib.    Rəşadətli Azərbaycan ordusu, qəhraman əsgərlərimiz xalqımızın çoxdan gözlədiyi qələbəni təmin etməyə qadirdir. Bütün xalqımız yağı düşmənə layiqli  cavab vermək üçün doğma Qarabağımızı düşmən tapdağından azad etmək naminə səfərbər olunaraq Ali Baş Komandanın ətrafında sıx birləşib.Xalqımızın ordumuzla bir yumruq altında birləşərək düşmənə həlledici zərbənin endirməsinin tam zamanıdır. Hər bir Azərbaycan vətəndaşı igid əsgərlərimizin yanındadır, onunla birdir.

Abbasağa Babayev
Qaradağ Rayon İcra Hakimiyyəti
Başçısı Aparatının əməkdaşı

Keçidlər