Azərbaycan multikulturalizm yolunda inamla addımlayır
Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır.
Azərbaycanda multikultural dəyərlər ümumi dövlət səviyyəsində qorunur və inkişaf etdirilir. Dövlət başçımızın 2016-cı ili məhz “ Multikulturalizm ili ” elan etməsi də bunun sübutudur.
Prezident İlham Əliyev deyir : “ Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət , başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda hər bir ölkənin öz qaydaları ,öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı , həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara , o ənənələrə hörmətlə yanaşmalıdır. ”
Azərbaycanda formalaşmış multikultural dəyərlər bütün dünyada yayılmalıdır. Bununla müharibələrin qarşısını almaq olar. Uşaqlar atasız-anasız qalmaz, valideynlər övladsız qalmaz. Artıq bəsdir bu dünyaya qan uddurmaq. Əgər inkişaf etmək istəyiriksə, hər bir mədəniyyəti olduğu kimi qəbul edib öyrənmək lazımdır.
Azərbaycan bu yolda inamla addımlayır. Bunun üçün də bir –birindən maraqlı tədbirlər təşkil edir və ona ev sahibliyi edir.
2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.
Biz çox humanist bir xalqıq. Ermənilərin insanlıq əleyhinə addımlarının qarşısında Azərbaycanda hələ də ermənilər yaşayır və onlar digər Azərbaycan vətəndaşları kimi bütün hüquqlara malikdirlər.
İnsan faktoru ölkəmizdə çox yüksək önəm daşıyır. Azərbaycan xalqı heç kəsə dini ,milli, irqi, ayrı seçkilik qoymur.
Ölkə başçımızla yanaşı Mehriban Əliyevanın da millətlərarası dialoqda göstərdiyi xidmətləri bütün dünya qiymətləndirir. Onun Vatikanda kilsənin təmir olunmasındakı əməyi , Azərbaycanda məscidlərlə yanaşı , kilsələri, sinaqoqları təmir etdirməsi bunun bariz nümunəsidir.
Kəmalə Ramiz qızı Əşrəfova,
Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbin müəllimi