Şriftin ölçüsü :

Saytın rəngi :

Çeyildağ qəsəbəsində səyyar görüş keçirilmişdir

06 aprel 2013 | 10:00

05 aprel 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini  Mahmud Qubatov Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
       Keçirilmiş səyyar qəbulda 120-ə yaxın qəsəbə sakini iştirak etmişdir. İştirak edən qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov qaldırılan problemlərin həlli istiqamətində aidiyyatı üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.
      Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı qeyd edərək görüləcək işlər barədə danışmışdır.

Keçidlər