Qaradağ rayonunda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
17 sentyabr 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə rayonda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin və rayon təsərrüfat qurumlarının 2020-2021-ci il payız-qış mövsümünə hazırlığının mövcud vəziyyəti, qarşıda duran problemlər və həlli yolları müzakirə edilib.
Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin rəisi Ayaz İmaməlliyev, Qaradağ RİH başçısının müavinləri və aidiyyatı şöbələrn müdirləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, qəsəbə bələdiyyə sədrləri və rayon mənzil kommunal təsərrüfat birliyin rəisi və mənzil kommunal istismar sahələrinin rəisləri onlayn iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müşavirəni açaraq bildirib ki, hər il rayonda payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır.
Müşavirdə müəssisə və təşkilatların qışa hazırlığı müzakirə olunub, mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və bildirilib ki, qarşıdan gələn 2020-2021-ci illərin payız-qış mövsümünü uğurla başa vurmaq və əhalinin qış aylarında rahatlığının təmin olunması üçün bütün imkanlar səfərbər olunacaqdır.
Qış mövsümünə hazırlıqla bağlı rayonda elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sahələrində müvafiq işlər görüldüyü qeyd olunub. Bu gün Qaradağ rayonunun xidmət sahələrinin əsas vəzifələri mövsüm ərzində tabeliyindən asılı olmayaraq, ərazidəki yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının, poliklinika və xəstəxanaların, bir sözlə, bütün sosial obyektlərin istilik sistemlərinin saz vəziyyətdə saxlanılması, əhalinin müntəzəm elektrik enerjisi, təbii qaz, içməli su ilə fasiləsiz təmin edilməsi üçün zəruri tədbirləri görməkdədir. Bu məqsədlə RİH tərəfindən xüsusi Tədbirlər Planı işlənib hazırlanmışdır və onun həyata keçirilməsinə bilavasitə rəhbərlik edəcək qəraragah yaradılmışdır.
2020-ci ilin ötən dövrü ərzində rayonun qəsəbələrində günişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri davam etdirilmiş, sakinlərin üzləşdikləri sosial problemlərin əksəriyyəti aradan qaldırılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov çıxışında bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Qaradağda da əhalinin və təsərrüfat subyektlərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı vəziyyət daim diqqət mərkəzində saxlanılmışdır. Daha sonra o vurğulayıb ki, payız-qış mövsümünə hazırlıqla bağlı RİH başçısının sərəncamı ilə təsdiq olunmuş təsbirlər planına uyğun olaraq Mənzil kommunal təsərrüfat birlikləri və MİKS-lərdə tələb olunan materiallar və ləvazimatlar toplanmış, maşın və mexanizmlər təmir olunaraq saz vəziyyətə gətirilmiş, qarlı hava şəraitində rayon ərazisində olan yolların və səkilərin qardan təmizlənməsi üçün məsul şəxslər təyin edilmiş, yolların təmizlənməsi üçün qrafikə uyğun bölgü aparılaraq işçi qüvvələri müəyyənləşdirilmişdir.
Müşavirədə xüsusi ilə vurğulanıb ki, "Ulu Öndərin yolunu uğurla davam etdirən dövlət Başçısı cənab İlham Əliyevin qayğısı ilə ölkəmizdə ümumi inkişafın əsas göstəriciləri olan əhali rifahı, ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. İstilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri, müasir təhsil, səhiyyə və nəqliyyat infrastrukturunun yaradılması, çəkilən yeni yollar və mövcud şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırmışdır. Respublikamızda elektrik enerjisinə və qaza olan gündəlik tələbat tam ödənilir. Lakin ölkəmizdə məskunlaşmanın ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı da ilbəil artırır.
Hər il payız-qış mövsümünə hazırlıqla bağlı müşavirənin keçirilməsi, xüsusilə qabaqlayıcı tədbirlərin görülməsi də əhali rahatlığının təmin olunmasına xidmət edir. Ona görə də 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq məsələsi diqqətdə saxlanılmalı, aid strukturlar tərəfindən zəruri tədbirlər görülməlidir".
Geniş müzakirələrdən sonra “Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2020-2021-ci illərin payız-qış mövsümünə mütəşəkkil hazırlığı ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir.