Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq-Qarabağ –Azərbaycanın döyünən ürəyidir

22 sentyabr 2020 | 11:00

   Artıq 32 ildir ki,ölkəmiz müharibə şəraitindədir. Bu illər ərzində ölkəmizin,millətimizin başına hər cür müsibətlər gəldi: torpaqlarımız bədnam qonşularımız ermənilər tərəfindən işğal edildi , günahsız qanlar töküldü, soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşdü.
   Qarabağ Azərbaycanın həmişə ayrılmaz hisəsi olmuşdur.Lakin mənfur düşmənlər hər bir zaman öz ərazilərini özgə torpaqları hesabına  genişləndirməyə çalışıb. Buna görə də keçən əsrin əvvəllərindən Azərbaycan ərazisindən hissə-hissə qoparıb Ermənistan ərazuisinə birləşdiriblər.Əsrin sonlarında isə Qarabağ problemini ortaya atdılar.
   1988-ci ildən başlayaraq elan olunmamış müharibə nəticəsində ermənilər Qarabağı və ona bitişik ətraf rayonları işğal etdilər.Xalqımızın ağır günləri də həmin dövrdən başladı.
    20 Yanvar qırğını, əsrin faciəsi olan Xocalı faciəsi,Şuşa. Ağdam , Laçın,Kəlbəcər . Füzuli ,Cəbrayıl və s. torpaqlarımızda  baş verən qətliamlar erməni vəhşiliyini, erməni vandalizmini bir daha üzə çıxardı.
   Lakin bu müharibədə yurdumuzun qeyrətli,igid övladları qəhrəmanlıqla torpaqlarımızın müdafiəsinə qalxdılar,son nəfəsinə qədər düşmənlərlə döyüşdülər. Xalqımız minlərlə şəhid verdi.
   Lakin biz nə sarsılmadıq,nə də əyilmədik.Həmişə var olduğumuzu , torpaqlarımız uğrunda  mübarizəyə daima hazır olduğumuzu sübut etdik.
  1994-cü ildə Heydər Əliyev müharibəni dayandırdı,atəşkəs elan olundu və danışıqlara başlanıldı.Lakin düşmən tərəfi tez-tez atəşkəsi pozur ,təxribat xarakterli hadisələr törədir, əhalini təhlükə altında saxlayırdılar.Son zamanlar baş verən hadisələrdən də bəlli oldu ki, Ermənistan işğalçı dövlətdir,heç vaxt sözünün üstündə durmayıb, sülh danışıqları aparmaq onlara sərf etmir. Ermənilər həmişə öz çirkin, qondarma siyasətini həyata keçirən , bütün dünyaya özlərini yazıq, məzlum, günahsız xalq olduğunu sübut etməyə, eləcə də öz mənfur niyyətlərini həyata keçirməyə çalışan millət olub. Onlar Qatrabağı müstəqil dövlət elan edib.
    Lakin dövlət başçısı İlham Əliyev elan edib ki. Dağlıq Qarabağ nə müstəqil dövlət deyil,nə də Ermənistana aid deyil.Heç bir ölkə bu qanunsuz qurumu tanımayıb.Bu yalan , cəfəngiyatdır. Qarabağ Azərbaycandır və həmişə də Azərbaycanın olaraq qalacaq.
   Bəli, Qarabağ Azərbaycanındır. Gün gələcək ,biz bütün işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad edəcəyik. Bu bizim müqəddəs borcumuzdur.Hamımız bir yumruq kimi birləşib ayağa qalxmalı, torpaqlarımızın azadlığı uğrunda dönmədən , qətiyyətlə mübarizə aparmalıyıq.

Ulduz Dəmirova,
Seyfulla Məmmədov adına 110№li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi 

Keçidlər