Paşinyanın təxribatları
"Ermənistan aqressiv dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. "Bu fikirləri Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən televiziya kanallarına müsahibəsində səsləndirib. Görünən odur ki, Ermənistan höküməti bütün beynəlxalq tələbləri yox sayaraq hərbi yolda irəliləyir. Ermənistan və Azərbaycan arasında illərdir davam edən danışıqlar artıq heç kimi qane etmir. Çünki işğalçı ölkənin cəfəng bəyanatları, təxribat xarakterli addımları, danışıqları mənasızlaşdırır. Azərbaycanın isə imitasiya naminə danışıqlarda iştirak etməyə nə vaxtı var, nə də səbri. Hər cəfəng təbliğatında məğlub olan, rəhbərliyinin uçurama apardığı Ermənistan artıq gizli yollarla Azərbaycana qarşı müharibə planları qurur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olunmamasının ən böyük səbəblərindən biri və birincisi məhz Ermənistan dövlətidir. Ermənistan hər dəfə qeyri-konstruktiv mövqe tutub, müxtəlif hiylələrlə, təxribatlarla mövcud vəziyyətin qorunub saxlanmasına çalışıb. Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir. Gah “Qarabağ Ermənistandır” deyir, gah yoldaşı Qarabağda snayperlə Azərbaycan kəndləri istiqamətində atəş açır, gah da Livandan, Suriyadan erməniləri, daha doğrusu terrorçuları Dağlıq Qarabağa köçürür. Paşinyan bütün bu əməlləri ilə psixologiyasında problem olduğunu sübut edir. Səhər dediyini axşam, dünən dediyini bu gün təkzib edir. Ermənistan Livanda, Suriyada terrorçu keyfiyyətlərinə malik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə həm demoqrafik vəziyyəti, həm də etnik tərkibi süni şəkildə dəyişməyə cəhd göstərir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir. Bu cür qanunsuz məskunlaşdırma beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Ermənistan bu cür addımlar atmaqla 1949-cu il Cenevrə konvensiyalarını pozur. Çünki müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsiyə edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma “müharibə cinayətidir” Lakin Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır. Xüsusilə də bu məsələdə qəti mövqeyini ATƏT-in Minsk qrupu bildirməlidir. Çünki münaqişənin həllində birbaşa məsuliyyət məhz ATƏT-in Minsk qrupunun üzərindədir.
Ermənistanın Azərbayacana qarşı təxribat siyasəti son günlərdə gündəmə gələn silah alış-verişi məsələsində də özünü açıq aydın biruzə verir. Eyni zamanda Ermənistanda müdafiə haqqında qanunun qəbulu, könüllü dəstələrin yaradılması da müharibə faktını təsdiqləyir. Digər tərəfdən repartasiya haqqında qanuna əlavə dəyişikliklər edilməsi, muzdluların Ermənistana gətirilməsinin leqallaşdırılması bu ölkənin müharibəyə hazırlaşdığı əyani sübutdur. Əlbəttə ki, baş verən bu hadisələrə Azərbacan dövləti də müşahidəçi qalmayacaq.
Ermənistanın Cənubi Qafqazda yürütdüyü siyasət təkcə Azərbayacana qarşı deyil, bütün bölgə dövlətlərinin əleyhinə yönəlib. Bu gün Ermənistan Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edərək parçalayıcı siyasət yeritmək istəyir. Özünün olmayan ərazilərdə dövlət quran Ermənistan kimi kiçik bir ölkənin bu cür böyük ölkələrə qarşı torpaq iddiası qaldırması isə anlaşılan deyil.Müasir texniki imkanları olan Azərbayacan dövləti bütün beynəlxalq hüquqları yerə vuran Ermənistanın ərazisində heç bir zaman hərbi hədəfi olmayıb. Bu gün Azərbaycanın qarşısına şərt qoymaq istəyən işğalçı ölkənin heç bir tələbi qəbul edilmir və onlar torpaqlarımızı qeyd-şərtsiz və tam tərk etməlidirlər. Azərbayacanın bu günə qədər və bundan sonrakı siyasəti ancaq və ancaq buna hesablanıb.
Kəmalə Abdiyeva,
ziyalı, müəllim