Güclü Azərbaycanımız üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Bu gün biz, güclü Azərbaycanımız üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə Sumqayıt şəhəri ilə məhdudlaşmır, bölgələri də əhatə edir.
Azərbaycanın hər bir bölgəsində qeyri-neft sektoruna diqqət və qayğı yüksək səviyyədədir. Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. Azərbaycan iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında da ön yerdə dayanır.
Baxmayaraq ki, 2009 və 2010-cu illər tarixə böhran ili kimi daxil oldu, bu dövrdə ölkə iqtisadiyyatı dinamik inkişafı ilə dünyanın diqqətində oldu. Ölkədə aparılan islahatlar dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa geniş imkanlar açdı. Prezident tərəfindən düzgün atılan addımlar sayəsində Azərbaycana investisiya axını dayanmadı. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Lakin Prezidentin mühüm addımları bu böhranın qarşısını dərhal aldı. Sahibkarlara göstərilən maddi yardımlar nəticəsində bir çox iş yerləri dayanmadan fəaliyyət göstərdi. Bütün bu xaos dünyasında Azərbaycan modeli dünyaya örnək kimi göstərilir. Prezident İlham Əliyevin pandemiyaya qarşı atdığı addımlar vətəndaşın sağlamlığının onun üçün ən ümdə məsələ olduğunu göstərir. Xalq öz liderinə sədaqətini nümayiş etdirir, pandemiya fonunda dövlətin atdığı addımlar nəticəsində rəqəmlərin böyüməməsinə görə öz liderinə minnətdarlıq edir. Bu çətin dövrdə də Prezident İlham Əliyevin liderlik qabiliyyəti Azərbaycan iqtisadiyyatını da ayaqda saxladı. Cənab Prezident xalq tərəfindən sevilən lider olduğunu bir daha dünyaya nümayiş etdiridi.
Ramiz Yusubov
YAP GB İdarə Heyətnin üzvü