Şriftin ölçüsü :

Saytın rəngi :

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

15 sentyabr 2020 | 11:00

   “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
   Cənab prezidentin “Sumqayıt Kimya Sənaye Parkı”nın açılışında iştirak etməsi ölkə başçısının qeyri-neft sektorun inkişafına diqqət və qayğının yüksək sübutudur. Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasət və bu siyasətin əsas istiqamətlərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Məhz ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri qeyri-neft sekrotunun inkişafını təmin etməkdən ibarətdir. Həyata keçirilən çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, ixrac imkanlarımız genişlənir, idxaldan asılılıq azalır. Bütün bu uğurların əsasında da xalq-iqtidar birliyi və qarşılıqlı etimad prinsipi dayanır.
Bir sözlə, bu gün qeyri-neft sektoru sürətlə inkişaf edir və hazırda ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Sumqayıt Kimya Sənaye Parkının ölkədə sürətlə inkişaf edən qeyri-neft sektorunda xüsusi ayı var desək yanılmarıq.
   Burada məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.
   Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Günü-gündən Sumqayıtın potensialı daha da güclənir. Bir daha məlum oldu ki, sənaye sahələrinin sürətli inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas tərkib hissələrindən biridir. Məqsəd ölkənin tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək, ixrac potensialını artırmaq, son nəticədə neft-qaz amilindən asılılığı azaltmaqdır. Daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir.

Könül Əhmədova

YAP Qaradağ rayon təşkilatı, gənc

Keçidlər