Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısı: “Daxili tələbatı nə qədər mümkündürsə, yerli məhsullar hesabına təmin edilməlidir”

16 sentyabr 2020 | 11:00

   Hamımıza bəllidir ki, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Televiziyalardan və mətbuatdan izlədiyimiz xəbərlərə əsasən bilirik ki, ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində isə 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. 
   Sənaye şəhəri olan Sumqayıtda yerləşən parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Bu isə işsizlik probleminin aradan qaldırılması üçün böyük bir addımdır. Hamımıza bəllidir ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Parkın işə düşməsi ilə əlaqədar Sumqayıtın potensialı daha da güclənir. Bu ilin sonuna Sumqayıtda şüşə istehsalı zavodunun da fəaliyyətə başlanılması planlaşdırılır. Bəllidir ki, oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin edəcəkdir. Məlumdur ki, tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma ölkəmizdə aparılan düzgün hesablanmış addımlara əsasən o, bərpa edilir və ediləcək. Ölkə başçısının əs tapşırıqlardan biri “özümüzü yerli şüşələrlə təmin edək”dir. Bu da böyük nailiyyətdir. Bu gedişlər biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edəcəyik. Buna nail olunmasında isə Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu olacaqdır. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır.

Ziyafət Qəmbər qızı Hüseynova
Ziyalı, müəllim

Keçidlər