Şriftin ölçüsü :

Saytın rəngi :

16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində aprel ayında “Açıq qapı” günləri davam edir. Tədbirdə rayonun orta məktəb şagirdləri iştirak etmişdir

03 iyun 2022 | 12:22

         Qaradağ rayonunda yerləşən 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində aprel ayında “Açıq qapı” günləri davam edir. Tədbirdə rayonun orta məktəb şagirdləri iştirak etmişdir.

         Tədbirdə 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində tədris olunan peşə ixtisasları haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, təhsil müəssisələrində aşağıdakı tədris ixtisasları mövcuddur.

  1. Aşpaz
  2. Elektrik qaz qaynaqçısı
  3. Gəmi maşın və mexanizmlərin təmiri üzrə çilingər
  4. Kran maşinisti (krançı)
  5. Dərzi
  6. Kompüter operatoru
  7. Təmirçi- çilingər
  8. Tankerlərdə yükləmə-boşaltma əməliyyatçısı
  9. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
  10. Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi

         Tədbir zamanı qonaqlar peşə təhsil müəssisəsinin mövcud avadanlıqları və xidmətləri ilə yerində tanış olublar. 

         Mövcud ixtisaslar barədə müzakirələr aparıldıqdan sonra şagirdlərə peşə təhsili müəssisəsinə qəbul qaydaları izah olunmuşdur.  Qeyd olunmuşdur ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa xidmət edir.

 

Keçidlər