Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilmişdir

11 sentyabr 2020 | 11:00

   Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və  verilən tapşırıqların icrası ilə bağlı Qaradağ rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilmişdir.
   11 sentyabr 2020-ci il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin  daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəaliyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmış və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur. 
  Fəaliyyətinə icazə verilmiş obyektlərin girişlərində sakinlərin hərarətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfaksiyaedici məhlulların mövcud olması, işçi heyətinin tibbi maskadan istifadəsi  yoxlanılmışdır. Onlayn fəaliyyət göstərən kafe və restoranların yerində xidmət göstərməmələri və sanitar qaydalara riayət etmələri yoxlanılaraq müvafiq tövsiyələr və xəbərdarlıqlar edilmişdir.

Keçidlər