Şriftin ölçüsü :

Saytın rəngi :

İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir

07 sentyabr 2020 | 11:00

   İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir - Ermənistana maddi yardım göstərən ölkələr istəklərinə nail ola bilməyəcəklər.
  Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.
   Prezident İlham Əliyev son zamanlar Şərqi Aralıq dənizi mövzusunda gərginləşən yunan-türk münasibətləri zəminində Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədiyini açıq formada elan etməklə, Azərbaycanın da qətiyyətlə Türkiyənin yanında olduğunu göstərdi. Bu, özlüyündə həm də diplomatiya tarixində az rast gəlinən dürüstlük göstəricisi idi və Cənab Prezident aşkar formada Azərbaycanın möveyini elan etməklə həm rəsmi Ankaraya növbəti dəfə dəstəyini nümayiş etdirmiş oldu, həm də beynəlxlaq aləmdə Azərbaycanın ikili standartlardan, diplomatik riyakarlıqdan uzaq, verdiyi qərarların arxsında tam məsuliyyəti ilə dayanan bir ölkə olduğunu göstərdi. Məlumdur ki, Azərbaycan özü illərdir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına cavabdeh olan dövlətlərin saxtakar münasibət sərgiləyərək işğal faktına göz yumması və işğalçı Ermənistana birbaşa və dolayı yardımları formasında bu cür riyakarlıqla üz-üzədir.
  Ermənistanın işğalı altında olan Qarbağa yüz milyonlarla dollar məbləğində birbaşa maddi yardım edən dövlətlər bu münaqişənin daha da qızışmasını istəyir. Düşmən dəyirmanına su tökən nankorlar deyəsən Ermənistanın Xocalıda törətdikləri qətliamları unudub, ya da bu cür qətliamlara maraqlıdırlar. Məs buna görə də terrorçu ölkəyə "humanitar yardım" paketi altında öz çirkin əməllərini həyata keçirirlər.

Ulduzxan Nəsibov
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvü

Keçidlər