Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü

28 mart 2013 | 11:00

28 mart – Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
    Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 28 mart – Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik etmişdir.
Başçı öz çıxışında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayaraq, MTN-nin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunun olduğunu vurğulamışdır. Ulu öndər Heydər Əliyevin sayəsində 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladığını qeyd edərək, xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxladığını söyləmişdir. Bu gün də dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində Azərbaycanın hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilməsində, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında MTN-nin xüsusi rol oynadığı nəzərə çatdırmışdır.
        Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon şöbəsinin bir nəçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər