Ermənistanın silahlanması
Ermənistan 1991-ci ildə ilk dəfə müstəqilliyini elan etdikdən sonra 15 may 1992-ci ildə ilk dəfə olaraq Rusiya ilə hərbi-siyasi əməkdaşlıq ilə öz ordusunu qurmuşdu. Bu əməkdaşlıq nəticəsində Ermənistan Rusiyanın təşəbbüskarı olduğu KTMT-ə üzv olmuş və Rusiya Ermənistan ərazisində 102 hərbi bazasını yerləşdirmişdir.
Ermənistan ordusu son bir ayda yeni məlumatlara görə dünya sıralanmasında 101-ci yerdədir. Ermənistanım toplam 3.038.217 min əhalisindən 1.396.726-sı hərbi xidmətı yararlı olub, 44.835-i hal hazırda əsgərlik cağındadır. Əsgərlik yaşı 18 olmaqla, məcburi əsgərlik müddəti 24 aydır. Bu statistikaya nəzər saldıqda rahatca görünür ki, Ermənistanın ordu dəyərləri Azərbaycandan xeyli aşağıdadır. Buna görə də hər kəsdə bir sual yaranır : ”Bu qədər az və Azərbaycanın nisbətində zəif olan bu ordu nəyə güvənərək Azərbaycana təxribat törədir, elə buna məsəl olaraq iyulun 12-16-da Ermənistanın Tovuz istiqamətindəki törətdiyi təxribatı göstərmək olar”. Əlbəttə ki, Ermənistana başqa bəzi ölkələrdən kömək gəlir. Buna silah və artilleriya yardımı daxildir
Nəzərinizə çatdırmaq istəyirik ki, dünya sıralamasında Ermənistan ordusu 101-ci yerdə Azərbaycan ordusu isə 64-cü yerdə qərar qılmaqdadır.
Ermənistanın Tovuz istiqamətindəki hərbi təxribatı əvvəlcədən planladığının bir sübutu da qarşıdurmanın başladığı və kəskinləşdiyi dövrdən bir neçə gün öncə Serbiyadan silah almasıdır. Buna cox sayda silah-sursat, minaatan və müxtəlif növ kalibrli döyüş sursatı daxildir.
Təbii ki, Serbiyanın bu hərəkəti Azərbaycan cəmiyyətində anlaşmazlıq yaratdı. Azərbaycanın çətin günlərində Serbiyaya koronovirusla mübarizəyə dəstək üçün humanitar yardım göndərməsinin, Serbiyaya dəstək olaraq Kusovun müstəqilliyini tanımaması və Serbiyanın ərazi bütövlüyünə birmənalı dəstəyini əsirgəməməsi kimi maddi və mənəvi yardımlarının qarşılığında Serbiyamın bu hərəkəti doğru deyildi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan xarici içlər nazirliyinə çağırılıb və Serbiyanin Ermənistanin bu işğalçı siyasətə köməyi birmənalı olaraq Azərbaycana qeyri-dost addımı olaraq qarşılanıb və dərin təəssüf hiss doğurub. Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirib ki, Bakının beynəlxalq təşkilatdakı səsi Serbiya üçün vacib olduğundan Azərbaycan hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparılmalı və Azərbaycan-Serbiya dostluğuna xələl gəlməsinin qarşısı alınmalıdır. Həmçinin gələcəkdə bu cür hadisələrin yaşamasının da qarşısı alınmalıdır. Güman edilir ki, elə bu məqsədlə Serbiya Prezidenti Aleksandr Vuviç 7 avqustda İlham Əliyevə telefonla zəng edərək Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatda Serbiyadan aldığı silahlardan istifadə etdiyi üçün təəssüf hissi keçirdiyini bildirib. Bununla yanaşı Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri N. Stefanoviç Azərbaycana səfər edərək jurnalistlərə açıqlama verib ki, mən inanıram ki bu görüşlər nəticəsində Azərbaycanla aradakı anlaşmazlıq həll olacaq. Hətta o, Azərbaycanla sadəcə təhlükəsizlik sahəsində deyil digər sahələrdə də əməkdaşlığı gücləndirmək istədiyini bildirib.
Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatdan bir neçə gün sonra 17 iyuldan 4 avqusta qədər Rusiyadan Ermənistana 7 reys silah daşınması başlamışdır. Gürcüstanın öz ərazisi üzərindən silah daşınmasına icazə verməyərək bu qarşıdurmadakı tərəfini bəlli etmişdi. Bu səbəbdən də Rusiya silah daşınmasını Rostov-Mindov-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan hava yolu ilə həyata keçirmişdir. Nəzərinizə çatdıraq ki, Qazaxıstan və Türkmənistanın Azərbaycanla olan dostluq münasibətlərinə baxmayaraq Ermənistana silah daşınmasının öz əraziləri üstündən aparılmasına icazə vermişdir.
Rusiyanın son günlərdə Ermənistana verdiyi silahlara radio elektron mübarizə vasitələri (hədəf ölkənin radio danışıqlarını söndürmək, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadəsi mümkün olan silahlar) daxildir. Bu da bir həqiqətdir ki, Rusiya Ermənistana silahları xarici bazar qiymətində deyil daxili bazar qiymətində satmışdır ki, bu da Ermənistan üçün xeyli ucuz başa gəlir. Həmçinin Rusiyanın Ermənistana silah satması barədə hansısa müqavilənin imzalandığı haqqımda heç bir məlumat olmayıb Rusiyanın hansı əsasla Ermənistana silah satması baradə heç bir məlumat öz əksini tapmayıb. 17 iyulda İlham Əliyev və Vladimir Putin arasında olan telefon zəngində İlham Əliyev törədilmiş təxribat haqqında Vladimir Putinə məlumat verib. Amma Prezident İlham Əliyev telefon zənginim əsas məqsədinin qarşıdurmadan dərhal sonra Rusiyadan hava yolu ilə Ermənistana daşınan hərbi təyinatlı yükün 400 tondan artıq olduğu məlumatının öyrənilməsi olduğunu bildirib.
Elmir Abbasov
Qarabağ müharibə veteranı,
aprel döyüşlərinin iştirakcisı