Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusun davam etdiyi bir vaxtda uşaq və gənclərin elmi-potensial imkanları, yaradıcılıqları inkişaf etdirilir

18 avqust 2020 | 11:00

   Xeyli müddətdir ki, COVID-19 koronovirus infeksiyasının yayılması ilə əlaqədar elan edilmiş pandemiya dünyanı  lərzəyə salıb. Dövlətlər bütün gücü və imkanları ilə amansız virusa qarşı sözün əsl mənasında mübarizə aparır.
   Koronovirusa qarşı mübarizə Azərbaycan hökumətinin də gündəliyində birinci sırada dayanır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetində Operativ Qərargah yaradılıb, bütün dövlət strukturları virusun yayılmasının qarşısının alınmasına səfərbər edilib. Vaxtında lazımı qabaqlayıcı tədbirlər görülür, tövsiyyələr verilir, səhiyyə müəssisələri ən zəruri avadanlıq və tibbi ləvazimatlarla təchiz edilir. Əhalinin virusa yoluxmaması üçün maarifləndirmə işləri aparılır. Ümumdünya səhiyyə təşkilatı ilə mütəmadi əlaqələr saxlanılır, onun tövsiyələri səhiyyə qurumlarına və əhaliyə çatdırılır. Bir sözlə virusa yoluxma hallarının qarşısının alınması sahəsində bütün  mümkün addımlar atılır, qabaqlayıcı tədbirlər görülür və etiraf etmək lazımdır ki, həyata keçirilən işlər sayəsində yaxşı nəticə göz önündədir.
   Koronovirusa qarşı səmərəli mübarizədən, digər ölkələrin təcrübəsinin göstərdiyi kimi, dövlətin müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı əhalinin də müvafiq tövsiyələrə  intizamla əməl etməsi sayəsində lazımı nəticə əldə edilməsi mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə , təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var.
   Covid-19 pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən atılan ciddi addımların və müvafiq göstərişlərin əhəmiyyəti koronavirusun yayılmasının qarşısının alınmasına nail olunub. Bunu Dünya Səhiyyə Təşkilatı da təsdiq edir.
    Pandemiya öz mənfi təsirlərini  hər bir sahəyə göstərdiyi kimi, təhsil sahəsində də öz təsirini göstərmişdi. Belə ki, mart ayından başlayaraq məktəbdənkənar təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkil edilməsi, bu məqsədlə istifadə edilən “ Microsoft Teams” və digər onlayn platformalara bu  günədək minlərlə şagirdin qoşulması, hazırda bu prosesin davam etdirilməsi üzrə işlər görülür. Koronavirusun davam etdiyi bir vaxtda uşaq və gənclərin elmi-potensial imkanlarını, yaradıcılıqlarını inkişaf etdirmək üçün  Bakı şəhəri Qaradağ rayonu 7№ Uşaq Gənclər İnkişaf Mərkəzi də öz səylərini əsirgəməmişdir. Mərkəzimizdə fəaliyyət göstərən dərnək rəhbərləri  tərtib edilmiş cədvələ əsasən, uşaqlarla onlayn məşğələlər keçirirlər. Dərnək üzvləri evdə  onlayn vasitəsilə öz seçdikləri dərnəklərlə məşğul olurlar. Bu da uşaqların evdə qaldıqları vaxt asudə vaxtlarının səmərəli keçirilməsinə gətirib çıxarır.
   Bu dərnəklər aşağıdakılardı “ Bacarıqlı əllər”, “ Təsviri incəsənət”, “İnformatika” , “Applikasiya və dekorativ rəsm”, Gənc dizayner”, “Texniki estetika” ,”Bədii qiraət” və başqa dərnəklərdir. 

                                                                                 Zeynalova Aygün,
                                                                     7 №Uşaq Gənclər İnkişaf mərkəzinin metodisti

Keçidlər