Qaradağ rayonunda qəsəbələrin küçələri yenidən dezinfeksiya edildi
Avqust ayının 15-də səhər saatlarından etibarən Qaradağ Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən rayonun qəsəbələrində əsas küçə və yollar xüsusi kimyəvi maddələrlə növbəti 16-cı əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Ənənəvi olaraq geniş dezinfeksiya tədbirlərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak ediblər.
Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.
Gün ərzində rayonunda kommunal xidmətlərinin 200 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görmüşlər.
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür. Lakin onlar köməkçi xarakter daşıyır. Ən vacibi vətəndaşlarımız özləri müvafiq qaydalara riayət etməlidirlər.
Qeyd edək ki, rayonda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.