Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibəti ilə satış yarmarkası

18 mart 2013 | 11:00

17 mart 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil edilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov yarmarkaya gələrək satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olaraq, məhsulların keyfiyyəti, sakinlərin rəy və təklifləri ilə yaxından maraqlandı.
Yarmarkada yaradılan səliqə-sahman, çeşidlərin bolluğu əhali tərəfindən müsbət qarşılandı. Əhalinin kənd təsərrüfatı mallarına olan tələbatını ödəmək məqsədilə keçirilən yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin Novruz süfrələrinin bəzəyi olan müxtəlif növ və bol çeşiddə çərəzlər satışa çıxarılmışdı. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılmışdır.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildirərək, ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər