Şriftin ölçüsü :

Saytın rəngi :

Mən əminəm ki, bu yaxın zamanda baş tutacaq və Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını mənfur ermənilərdən azad edəcək.

14 avqust 2020 | 11:00

   Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. İşğalçı dövlət bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan ilə inkişaf etdirməyə çalışır.
   Lakin dengələr dəyişməyə başlayıb. Ermənistan Baş naziri Nikol Paşinyanın iki oynaması bu dövlətlərin hiddətlənməsinə səbəb olub. Məəs buna görə də, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra Paşinyan “dost” ölkələrdən yardım gəlmədiyini görüb Avropaya üz tutmuşdu.
   Onun bu hərəkəti Rusiya prezidenti Vladimir Putunin qəzəbinə səbəb olub. Ona görə ki, Ermənistanın hazırkı hökuməti Rusiya ilə yanaşı ABŞ-a da “əl verib”. Sirr deyil ki, Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb. Ona görə də, Paşinyan Avropaya “yeni dost” axtarışına çıxmışdı. Əlbəttə ki, bu “işgüzar səfərdən”də əli boş döndü.
   Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Bir işğalçı dövləti silahlandırmaq vəziyyətin daha da qəlizləşdirilməsinə rəvac verir. Məs buna görə də Qarabağ müharibəsi qaçılmaz hal alıb.
   Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda genişmiqyaslı hərbi təlimləri keçirməsindən narahat olan Ermənistan hökuməti təşvişini gizlədə bilmir. Çünki hər an Azərbaycan qardaş Türkiyə ordusunun dəstəyi ilə işğal altında olan torpaqlarını azad edə bilər. Və mən əminəm ki, bu yaxın zamanda baş tutacaq və Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını mənfur ermənilərdən azad edəcək.

Firudin Babayev
YAP Qaradağ Siyasi Şurasının üzvü

Keçidlər