Rusiyanın Ermənistana silah göndərməsi ilə bir daha sübut etdi ki, Ermənistan-Azərbaycan münaqişəsində sülhün tərəfdarı deyil.
Rusiyanın Ermənistana 400 ton silah göndərməsi bir daha sübut etdi ki, Ermənistan-Azərbaycan münaqişəsində sülhün tərəfdarı deyil.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb.
Maraqlıdır ki, digər tərəfdən də Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Əgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə İşğalçı Ermənistana yüz tonlarla silah göndərmək nəyin əlamətidir? Yoxsa Rusiya Ermənistanı strateji ərazidə “kozur” kimi saxlayır?
Hazırkı vəziyyətdə Rusiya nə Ermənistanı itirmək istəmir, nə də Azərbaycanı. Azərbaycanı itirmək Rusiya üçün ağır başa gələ bilər. Məhz buna görə də, Rusiya hər iki dövləti əlində saxlamağa çalışır. Çünki SSR-nin yenidən qurulması üçün Azərbaycan mühümdür.
Digər tərəfdən Rusiyanın Azərbaycanla dost münasibətlərinin sonlandırılması Türkiyə kimi dövlətin də əldə verilməsi deməkdir. Rusiyanın işğalçı Ermənistana silahları rahat daşınmasını Gürcüstan boyuna götürüb və hava sərhəddini Rusiyaya “hədiyyə edib”. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb.
Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.
Ona görə də Azərbaycan dövləti bu ölkələrlə dost addımı atdıqda bir daha düşünməlidir. Bu cür ağır xəyanətin bir bədəli olmalıdı
Elnur Bağırov
İqtisadiyyat üzrə fəlsəfə doktoru