Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Azərbaycandır !

14 avqust 2020 | 11:00

   Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. Rusiyanın 102-ci hərbi bazası da bu ölkədə fəaliyyət göstərir.
 1992-ci ildə ”Daşkəsən”də MDB daxilində KTMT yaradılması, Rusiya-Ermənistan dostluq müqaviləsi, 21 avqust 1992-ci ildə silahlı qüvvələrin qarşılıqlı texniki və maddi təminatı haqqında müqavilə və 29 avqust 1997-ci ildə əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə nəticəsində Ermənistan hava və havadan müdafiə sistemlərinin vəziyyətini qismən də olsa ,düzəldə bilib. Buna baxmayaraq KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi heç bir zaman yüksək olmayıb.
    12 iyul Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atəşkəs ağır artilleriyadan istifadə edərək pozuldu.
  17 iyuldan 4 avqusta qədər Rusiyadan Ermənistana 7 reys silah daşındı. Gürcüstan isə bu silahların öz hava sərhədindən daşınmasına icazə vermədiyindən təyyarə reysləri ROSTOV-MİNVOD-AKTAY-TURKMƏNBAŞI-NOVŞER-RƏŞT-MEHRİ-İRƏVAN olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Rusiyanın Ermənistana silah göndərməsi artıq hamıya məlumdur. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”,”AVTOBAZA” ,”NEBO-EM” daxildir. Hansı ki bu texnika vasitəsi ilə hədəf ölkənin radio danışıqlarının “Söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
  Bütün növ silahları Rusiya Ermənistana dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Təbii ki, bu da Ermənistana çox ucuz başa gəlir. Rusiyanın hansı əsaslarla Ermənistana silah satdığı məlum deyil. Yəni, silah satışı haqqında müqavilənin nə zaman imzalandığı haqqında hər 2 ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 avqustda Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışıqlar aparıb. Prezident bildirib ki 12-16 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və 1 nəfər mülki şəxsin həlak olduğunu ,bir çox evlərin dağıldığını bildirib.
  Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, 17 iyuldan bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində böyük narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Səidə İbrahimova,
ziyalı, müəllim

Keçidlər