Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan gəncliyi və bugünkü reallıqlar”

12 avqust 2020 | 11:00

   12 avqust 2020-ci il tarixdə YAP Qaradağ Rayon Təşkilatının Gənclər Birliyi, Qaradağ rayon Gənclər və İdman İdarəsi və Qaradağ Gənclər Evinin təşkilatçılığı ilə “12 avqust - Beynəlxalq gəncləri günü”nə həsr olunmuş  “Azərbaycan gəncliyi bugünkü reallıqlar” mövzusunda virtual yığıncaq keçirildi.
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd etdi. Dovlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.
   Qeyd olundu ki, 1998-ci ilin 08-12 avqust tarixlərində Liassabonda gənclər sahələri üzrə nazirlərin görüşü olmuş və həmin dövlət məmurları tərəfindən qarşılıqlı beynəlxalq əməkdaşlıq sahəsində bir sıra razılaşmalar əldə edilmişdir. Görüşün yekun iclasın keşirildiyi gün isə, yəni 12 avqust “Beynəlxalq gənclər günü” kimi dünya gənclərinin həyatına daxil olmuşdur.
   Gənclər adından çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə, YAP Qaradağ Gənclər Birliyinin Siyasi Şurasının üzvü Könül Əhmədova və fəal gənc Səbinə Hüseynli, Gənclər Evinin metodisti Nigar Aslanova onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə olkə Başçısı İlham Əliyevə minnərdar olduqlarını söylədilər. Bütün təbəqə insanların məktəb dövründə formalaşmağa başladığını söyləyən 228 № li məktəbin direktoru Səkinə Rzayeva rayon gənclərini “Beynəlxalq gəncləri günü” münasibətilə təbrik edərək onları ictimai-siyasi həyatda daha fəal olmağa, Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün daha daha güclü təhsil almağa səslədi. Çıxışlarda həmçinin pantemiya dövründə gənclərin könüllülük prinsipi əsasındakı fəaliyyətlərindən ətraflı danışıldı. Qürur hissi ilə qeyd olundu ki, doğma Qarabağı azad etmək naminə keçirilən mitinqdən sonra minlərlə könüllü gəncin cəbhəyə getmək istəyi və bundan əlavə sosial şəbəkələrdəki fəaliyyətlərinin aktivləşməsi dünya ictimaiyyətinin fikrinin Azərbaycanın xeyrinə dəyişilməsinə rəvac verib.

Keçidlər