Novruz şənliyi
Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunmuşdur.
Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş tədbir təşkil olunmuşdur.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişlər.
Rayon rəhbərliyini qarşılayan Dədə Qorqud hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq tonqal qalandı.
Bahar qızı, Keçəl və Kosa qonaqlar və rayon rəhbərliyi ilə bərabər təşkil olunmuş tədbirdə rayon rəhbərliyini və qonaqları müşayiət etdi.
Təşkil olunmuş tədbirdə bir birinin ardınca xalqımızın gözəl əl işləri nümayiş olundu. Tədbirdə kəndirbazlar, sehrbazlar, rayonun özfəaliyyət qrupları gözəl konsert proqramı ilə çıxış etdilər. Tədbirdə rayonun təhsil müəssisələrinin əl işlərindən ibarət sərgi təşkil edilmişdir.