Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısı müsbət haldır
Müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilib.
Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən 4 dəfə artıqdır. Təkcə bu fakt hər şeyi deyir və əlavə statistik məlumatların göstərilməsinə ehtiyac yaranmır.
Prezident şəhid ailələrinə diqqət və qayğısı davamlı xarakter alıb. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bir daha sübut etdi ki, ölkə başçısın diqqət və qayğısı daha da geniş vüsət alır.
Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb.
Dövlət siyasətinin mərkəzində vətəndaşlar dayanır. Müqayisə üçün deyə bilərik ki, keçən il şəhid ailələrinə 934 mənzil təqdim edilib. Bu il isə bu rəqəm 1500-ə yüksələrək daha da çox şəhid ailələrini əhatə edib. Bir daha bildirmək istəyirəm ki, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Bu prosedur dövlət başçısının birbaşa nəzarəti altındadır.
Prezident İlham Əliyev xalqın hər bir nümayəndəsinə diqqət və qayğı göstərir. Azərbaycan xalqı isə hər zaman öz prezidentini dəstəkləyib onun arxasında olduğunu dəfələrlə nümayiş etdirir.
Namiq Vəliyev,
YAP fəalı