Su həyatdır
Müstəqil Azərbaycan Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə sinə gərir. Bildiyiniz kimi, iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında müşavirədə su təsərrüfatında mövcud olan problemlər müzakirə olunub, görüləcək işlər haqqında danışılıb.
Bildiyiniz kimi, infrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır.İqtisadiyyatın çoxşaxəliyinə və innovativ dinamik inkişafına nail olan Azərbaycan vaxtında reallaşan islahatlar və icra olunan layihələrlə bu gün regionda lider dövlətə, iqtisadi və siyasi mərkəzə çevrilmişdir.
Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təhcizatı sahəsində həyata keçirilən sonuncu və ən möhtəşəm layihələrdən biridir. Kəməri su ilə təmin etmək üçun Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılmışdır. Layihədə quyuların məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılmışdır. Oğuz-Qəbələ-Bakı su kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur.
2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanmışdır. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. lham Əliyev Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində iştirak etmişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında olmuşdur.
Ulu Öndər Heydər Əliyevin Şəmkirçay su anbarının tikintisi ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, 2009-cu ildə onun iştirakı ilə su anbarının tikintisinin təməlqoyma və 2014-cü ildə açılış mərasimləri keçirilmişdir. SES-lə birlikdə Şəmkirçay su anbarının, ondan su götürən 60,5 km uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, 17 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə, ildə 56 milyon kvt elektrik enerjisinin istehsal olunmasına, Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinə ildə 50,0 milyon kbm-ə yaxın ekoloji təmiz içməli su verilməsinə imkan yaranmışdır.
Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - "Azərsu", "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə və uğurla inkişaf edən ölkələrin sırasındadır. Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsi möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu da öz növbəsində mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması, onların istismarının yaxşılaşdırılması və sahənin müasir tələblər səviyyəsində daha da inkişafı istiqamətində yeni-yeni böyük uğurlara nail olunacağna qəti əminlik yaradır.
Xəyalə Qurbanova
Qaradağ rayonu Lökbatan bələdiyyəsinin üzvü