QƏLƏBƏ BİZİMLƏDİR
Tam komplektləşmiş, müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu istənilən tapşırıqları şərəflə yerinə yetirməyə qadirdir. 2016 cı il aprel döyüşlərində, eləcədə son günlər Ermənistan Ordusu tərəfindən Tovuz bölgəsində törədilən təxribatların qarşısının alınmasında düşmənə vurulan sarsıdıcı zərbələrlə ordumuz ona verilən yüksək qiymət və etimadı inamla sübut etdi. Ordumuz bu uğurları Ali Baş Komandan və bütün xalq tərəfindən yüksək dəyərləndirildi. Bu qələbələr xalqımızı coşdurdu, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün xalq yenidən ayaqa qalxdı.
Aprel zəfərinin, Gümrüt əməliyyatını və Tovuz döyüşlərini səciyyələndirən əhəmiyyətli amillərdən biri də xalq, dövlət, ordu birliyinin nümayişi oldu. Düşmən və onun havadarlarını çox təşvişə salan məhz bu birlik oldu. Dünyanın hər yerində yaşayan azərbaycanlılar tərəfindən həyata keçirilən ordumuza dəstək aksiyaları və könüllü olaraq ordu sıralarına yazılmaq və ərazi bütövlüyümüz uğurunda döyüşlərə qatılmaq istəyənlərin coşqusu xüsusi diqqət çəkirdi. Eyni zamanda bütün xalqımız düsmənin və havadarlarının informasiya təxribatına uymadılar. Yalınız rəsmi məlumatları əsas tutaraq hamı bir nəfər kimi ordumuzu dəstəklədi. Düşmən isə çox saylı itkilərini gizlətməyə çalışdı. Hər bir Azərbaycanlı, xüsusilə keçmiş döyüşçülər hamı bir nəfər kimi cəbhəyə qatılmağa can atırdılar.
Biz, Qaradağ rayonunda yaşayan eytiyatda olan bütun müharibə veteranları və əlilləri də daima əsgərlərlə birlikdəyik . İnanırıq ki, tezliklə Ali Baş Komandanımızın əmri ilə düşmən üzərində qələbə qazanmaq və işğalda olan torpaqlarımızı azad etmək üçün son döyüşə qalxacağıq. Allah Azərbaycan əsgərlərini qorusun.
Maqsud Heydərov
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai Birliyi
Qaradağ rayon Filialının sədri