Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

01 avqust 2020 | 11:00

   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
   Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun əməkdaşları., Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları və könüllülər Qaradağ rayonunda ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələlərə bayram sovqatları çatdırıb. Bayram sovqatlarının paylanılması avqustun 3-dək davam edəcək. Ümumilikdə, Qaradağ rayonunda 2256 ailənin bayramı təbrik edilərək onlara Qurban bayramı münasibətilə qurban payları çatdırılacaq.
   Qeyd edək ki, dünyanı bürümüş COVİD 19 pandemiyası dövrü ərzində Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif vaxtlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edib.

Keçidlər