Korgöz qəsəbəsində səyyar görüş ilə görüş keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Korgöz qəsəbə sakinləri ilə 15 mart 2013-cü il tarixində növbəti səyyar görüş keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbədə sakinləri iştirak etmişdir. İştirak edən sakinlərin 10 nəfəri fərdi qaydada dinlənilmişdir.
Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını bildirmiş, ölkə rəhbərliyinə rayona daimi diqqəti və qayğısına, 30 ildən artır su olmayan qəsəbəyə suyun çəkilməsinə, bir sıra yolların asfaltlaşdırılmasına, yeni müasir tipli dayanacaqların quraşdırılmasına, qəsəbədə poçtun, poliklinikanın tikintinə görə öz təşəkkürlərinə bildirmişlər.
Qəsəbə ağsaqqalları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova qəsəbənin mövcud problemlərini bildirmiş, qəsəbənin sosial-iqtisadi inkişafı üçün öz təkliflərini vermişlər. Belə ki, qəsəbə sakinlərini ən çox narahat edən problemlər arasında qəsəbə digər daxili yolların asfaltlaşdırılması, işıqlandırma sisteminin olmaması, stadionun tikintisi, köhnə şəhidlər kompleksinin yeni müasir üslubda hazırlanması, fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılmasıdır.
Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov onların müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərinə müvafiq tapşırıqlar vermişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, rayonun inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu bildirmişdir. Cənab Süleyman Mikayılov bildirmişdir ki, bu proqramın icrası nəticəsində yaxın zamanlarda qəsəbədə uşaq bağçasının və mədəniyyət evinin tikintisinə başlanacaqdır. Bu proqram haqqında bir daha ətraflı məlumat verərək başçı rayon sakinlərinə yaxın vaxtlarda görüləcək işlər barəsində ətraflı danışmışdır.