Qaradağ rayonunun bütün qəsəbələrində ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar monitorinqlər aparılmışdır
26 iyul 2020 | 11:00
26 iyul 2020-ci il tarixində Qaradağ rayonunun bütün qəsəbələrində ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar monitorinqlər aparılmışdır. Monitorinq zamanı ərzaq mağazaları, ticarət obyektləri yoxlanılmışdır. Rayon ərazisində fəaliyyətinə icazə verilməyən heç bir obyektin qeyri qanuni fəaliyyəti aşkar edilməmişdir. Monitorinq qrupların üzvləri çölə çıxarkən maska taxmayan vətəndaşlarla maarifləndirici söhbətlər aparmış, onlara tibbi maskalar paylamışdır.