“Birlik və həmrəylik qüdrətli gələcəyin əsasıdır"
24 iyul 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə “Birlik və həmrəylik qüdrətli gələcəyin əsasıdır” mövzusunda gənclərlə video-konfrans keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və rayonun fəal gəncləri iştirak edirdi.
Konfransı giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsunun rəisi Elçin Abbasov tədbirin Qaradağ rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və YAP Qaradağ rayon Təşkilatının təşəbbüsü və dəstəyi ilə keçirildiyini qeyd edərək konfransın keçirilmə səbəbindən, koranovirus pantemiyası ilə əlaqədar karantin rejimi vaxtı gənclərin ictimai-siyasi fəaliyyətinin dəstəkləmək məqsədilə keçirilən onlayn tədbirlərindən danışdı. Qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra, onun uzaqgörən siyasəti sayəsində ölkədə köklü islahatlara start verilmiş, o dövrdə pərakəndə halda fəaliyyət göstərməyə çalışan gəncləri vahid təşkilat altında birləşdirmək məqsədilə 26 iyul 1994-cü il tarixdə Gənclər və İdman Nazirliyini yaratmışdır. İndi həmin dövrdən 27 il ötür. Bu gün gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliye siyasi məktəbinin layiqli yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, Dövlət Başçısının imzası ilə ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Mövzu üzrə çıxışlara başlamazdan əvvəl ilk öncə 288 saylı tam orta məktəbin 4-cü sinif şagirləri Cavadova Mədinə və Allahverdiyeva Zəhra son döyüşlərdə Şəhid olmuş qəhrəman hərbiçilərimizə həsr olunmuş şeirlər söylədilər.
Sonra mövzu ətrafında müzakirələrə başlandı. Millət vəkili Aydın Hüseynov konfrans üçün seçilmiş mövzunun müasir dövr üçün olduqca aktual olduğunu, Prezident İlham Əliyevin sözlərinə istinadən “Biz birlikdə güclüyük” devizinin hər zaman gündəmdə olduğunu qeyd etdi. Öz çıxışında gəncləri birliyə və həmrəyliyə dəvət edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov son günlərdə ermənilərin təxribatına ordumuz tərəfindən verilən tutarlı cavabdan, daha sonra “Ordumuza dəstək”, “Könüllü olaraq cəbhəyə” şüarları ilə müşayiət olunan çoxsaylı mitinqdən söhbət açdı. Qeyd etdi ki, müasir dövr bizdən mübarizəni sosial şəbəkələr müstəvisində də aparılmasını tələb edir və bu sahəyə diqqətin artırılması vacibdir.
Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova Covid -19 coranovirus pantemiyasının dünyanı cənginə aldığı bir dövrdə gənclərin aktivliyinin və ən önəmlisi könüllü kimi fəaliyyətlərinin daha da canlanmasından danışaraq onlara rayon İcra Hakimiyyəti başçısı adından təşəkkür etdi. Hər bir dövlətin əsas missiyasının gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaq olduğunu söyləyən rayon İcra Hakimiyyəti təmsilçisi Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə imzaladığı dövlət proqramlarından söhbət açdı.
Qarabağ müharibəsi Veteranları Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon təşkilatənən sədri Maqsud Heydərov, İctimai-fəal gənc Könül Əhmədova, QAC-nin Qaradağ rayon bölməsinin sədri Niyaz Eyvazov, Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov çıxışlarında dövlətın və onun başçısı Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, gənclərin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi islahatlardan danışdılar. Hər zaman birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına hazır olduqlarının bildirdilər.
Tədbirin sonunda Eiçin Abbasov gəncləri bir daha dövlətimiz ətrafında birliyə və dövlətçiliyimizi qorumaq üçün hər zaman hazır olmağa dəvət etdi.