Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır
İyulun 12-dən etibarən Ermənistan ordusu Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə Azərbaycan ordusunun mövqelərini, eyni zamanda yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Azərbaycan Ordusu Ermənistanın Tovuz istiqamətində hücumunu dəf edərərk düşmən ordusunu istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan ciddi itkilərə məruz qoydu. Amma namərd və xain düşmənin Tovuzun mülki obyektlərinə, vətəndaşların evlərinə ağır artilleriyadan və minaatanlar¬dan atəş açması nəticəsində mülki vətəndaşlara xeyli ziyan dəyib.
Azərbaycan dövləti bu dəfə də vətəndaşlarını darda qoymayıb və döyüşlərin dayamasının ardınca Prezident İlham Əliyev mülki əhaliyə, kəndlərə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəyən ziyanın aradan qaldırılmasına dair sərəncam imzlayıb. Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikası¬nın İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.
Hazırda Cənab Prezidentin müvafiq sərəncamının icrası ilə bağlı Tovuz rayonunda təcili tədbirlər görülür. Bu məqsədlə işçi qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunub. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücu¬ma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.
Ermənistanın təcavüzü nəticəsində əsas ziyan Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Eyni zamanda düşmən artilleriyasının intensiv atəşi nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
İşlərin gedişi dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılma¬sı üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.
Prezidentin imzaladığı həmin sərəncam və sərəncamın icrası ilə bağlı təxirəsalınmadan başlanan işlər bir daha göstərir ki, Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.Həmişə olduğu kimi, Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanın ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıla¬rı öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailələrinə ev verilib. Mehriban xanım Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim fon¬dun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.
Azərbaycan dövləti ölkə ərazisində vətəndaşların təhlükəsiz yaşamasının qarantı¬dır. Tovuza, tovuzlulara dəyən ziyan tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Cəbhəyanı rayon¬larda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradı¬lır.2016-cı ilin Aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Artıq Cocuq Mərcanlıda yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.
İndiki cəbhəboyu yaşayış məntəqələrinin inkişafına yönəlmiş işlərlə yanaşı, Azərbaycan dövlətinin gələcəkdə işğaldan azad ediləcək ərazilərimizin bərpasına dair uzunmüddətli proqramı mövcuddur. Prezident cənab İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, işğaldan azad ediləcək ərazilərdə sürətli bərpa işləri başlayacaq, erməni vandalizminə məruz qalmış şəhərlər, kəndlər yenidən qurulacaq.
Ölkə başçısının işlərin gedişini birbaşa nəzarətdə saxlaması qiymətləndirilməsi vətəndaşlarımız tərəfindən çox böyük razılıqla qarşılanır. Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib.
Şəlalə Bədəlova
Qaradağ rayonu,
Sanqaçal bələdiyyəsinin sədri